Stokholmdakı terrorda şübhəli bilinən şəxs günahını etiraf edib
Özbəkistan vətəndaşı Raxmat Akilov Stokholmda terror aktı törətdiyini etiraf edib. Bunu onun vəkili Yohan Erikson deyib. “O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır”, - deyə o vurğulayıb. İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir.
11 Aprel 2017 14:18 DünyaÖzbəkistan vətəndaşı Raxmat Akilov Stokholmda terror aktı törətdiyini etiraf edib. Bunu onun vəkili Yohan Erikson deyib. "O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır", - deyə o vurğulayıb. İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir.
Qeyd edək ki, R. Akilov 2014-cü ildə İsveçdə sığınacaq almaq üçün müraciət edib, lakin keçən ilin sonunda ona rədd cavabı verilib. Ölkəni 4 həftə ərzində tərk etməli olan R. Akilov bunun əvəzində gizlənməyi üstün tutub. Hakimiyyət orqanları məcburi şəkildə deportasiya etmək üçün onu axtarışa verib.
Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Apa.az "BBC News"a istinadən xəbər verir.