Gündəm
23 yaşlı oğlan özünü dənizə ataraq intihar edib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. “Olaylar” FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib və 1994-cü il təvəllüdlü Həsənli İlham Səməndər oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Deputatlar söz davasına çıxdılar: “Onsuz da siz nə deyirsiniz, biz də "baş üstə" deyirik..."
Milli Məclisin (MM) Regional məsələlər komitəsinin aprelin 11-də keçirilən iclasında adıçəkilən komitənin sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə yaranıb.
"Əsəd getməlidir!"
Mehdi Ordusunun və İraqlı şiələrin lideri olan Müqtəda Əl Sədr “Əsəd getməlidir!” bəyanatı ilə çıxış edib. İraqda böyük nüfuza sahib olan imam Müqtəda Əs Sədr Bəşər Əsədin siyasi arenadan getməsinin zəruri olduğunu vurğulayıb. İmam Amerika və Rusiyanı Suriyaya müdaxilələrini dayandırmağı səsləyib.
Şura 2017-ci il birinci rübdəki fəaliyyətinə yekun vurub
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın cari ilin birinci rübündəki fəaliyyəti, 2017-ci il ikinci qrant müsabiqəsinin elan olunması, Apelyasiya Komissiyasının sonuncu iclasının nəticələri, Şuranın 2017-ci il fəaliyyət planına əlavə və dəyişikliklərin edilməsi haqqında məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
“Gənclər kitab oxuyur”
Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Buna səbəb vaxt çatışmazlığı, üstündə kitab daşımaq həvəsinin olmaması, yorğunluq və digər amillər ola bilir. Digər tərəfdən də, yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır.
Bahalaşan malların qiyməti açıqlandı
Azərbaycanda 2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,0 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11,8 faiz artıb.
Muzdla çalışanların orta aylıq nominal əmək haqqı 5,9 faiz artıb
2017-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 515,7 min nəfər olub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.“Olaylar” xəbər verir ki, Dövlət Statistika Komitəsidən verilən məlumata görə, muzdla işləyənlərin 22,1%-i təhsil, 19,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,1%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı
İlham Əliyev taxıl müəmmasına görə kosmik peyki işə salır: “Necə ola bilər ki...”
Prezident İlham Əliyev taxılçılığın inkişafına yönəldilmiş irihəcmli subsidiyalara baxmayaraq Azərbaycanın özünü hələ də ərzaq buğdası ilə təmin edə bilməməsinin səbəblərini araşdırmaq üçün kosmik peyki işə salmaq göstərişi verib.
Çingiz Əsgərov: "Ümid edirik ki, Avropa Məhkəməsi özünə heç olmasa hərdən hörmət edəcək"
Qarabağ münaqişəsinin və lokal toqquşmaların nəticələri ilə bağlı Azərbaycan və Ermənistandan Avropa Məhkəməsinə təqdim olunan şikayətlərə xüsusi diqqət ayrılır. Daha əvvəl vurğulandığı kimi, Azərbaycan Strasburq məhkəməsində “Dağlıq Qarabağ Respublikası” (DQR) sakinlərinin işinə baxılmasının qarşısını alıb.
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı məhkəmə təxirə salındı
Bu gün Rusiya Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı məhkəmə iclası təxirə salınıb.
FETÖ ilə əlaqədə şübhəli bilinən daha 2 general həbs olundu
Türkiyənin Malatya bölgəsində keçirilən əməliyyat nəticəsində keçmiş iki general Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək həbs olunub. Həbs edilənlərdən biri keçmiş ordu qərargah rəisi, general-mayor Avni Angun, o biri isə ordu qərargah rəisinin 2-ci müavini, briqada generalı Ersin Yıldırımdır.
Teleaparıcı Solovyov: “Gördüm ki, İlham Əliyev əsl dövlət xadimidir...”
Bu günlərdə Bakıda prezident İlham Əliyevlə görüşən rusiyalı teleaparıcı Vladimir Solovyov “Vesti.FM”-in birbaşa efirində, “Birbaşa təmas” verilişində həmin görüşün təfərrüatlarını danışıb.
Sağlamlığ üçün zərərli ət aşkarlandı
Şəki rayonunun Qoxmuq kəndində aşkarlanan yararsız heyvan cəmdəyi zərərsizləşdirilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, qurumun Şəki Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Şəki Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Şəki rayonu, Qoxmuq kənd sakini Cabbarov Nyuvər Cəlal oğluna məxsus həyətə baxış keçirib. Baxış zamanı həyətdə mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, antisanitar şəraitdə kəsilərək soyulmuş 1 baş iribuynuzlu heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib.
“Əlimizdə dəlillər var” – Moskvaya Əsədsiz Suriya ÇAĞIRIŞI
"Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahlar var". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Əlimizdəki dəlillər Suriya rəhbərliyinin hələ də kimyəvi silah arsenalına sahib olduğunu göstərir. Əsədsiz Suriya üçün Rusiya razı salınmalıdır”, - o, Suriya mövzusu üzrə G7 (“Böyük yeddilik”) zirvəsindən sonra danışıb.














