Gündəm

Qeyri-sabit hava davam edəcək

11 Aprel 2017 13:00

Aprelin 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. 

"Synergy Baku"dan Mərakeşdə "üçqat zərbə"

11 Aprel 2017 12:57

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb. Kifayət qədər çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən "solo-finiş" edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq.

Aktyorlar səfərlərini təxirə saldılar

11 Aprel 2017 12:49

Məşhur türk aktyorları Fahriyyə Evcenin və Murat Yıldırımın Azərbaycana səfərləri təxirə salınıb. Aprelin 19 – da aktyorların birgə çəkildikləri “Sonsuz aşk” filminin Nizami Kino Mərkəzində qala gecəsi planlaşdırılırdı. Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu xanım “Olaylar” – a açıqlamasında bildirib ki, “Aktyorlar işlərinin çoxluğu səbəbi ilə səfərlərini təxirə salıblar. Film aprelin 20- də  Nizami Kino Mərkəzində nümayiş olunacaq”.

Qonşunun evindən çıxanlar ŞOK ETDİ

11 Aprel 2017 12:48

ABŞ-ın Hunqtinqton şəhərində meydana gələn və sosial şəbəkədə paylaşılan bir hadisə görənləri şok edib. Yan qonşusunun açıq qapısını görən şəxs içəridə tükürpədici görünütülərlə qarşılaşıb.

İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

11 Aprel 2017 12:37

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının və Park Bulvar Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib.

“Neft Daşları” yatağında yeni quyu qazılır

11 Aprel 2017 12:36

“Neft Daşları” yatağındakı 2585 nömrəli özüldən 2583 nömrəli quyunun qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2800 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft və 2000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Əflatun Amaşov QDİƏTPM-in Tiflisdə keçirilən 48-ci iclasında məruzə edib

11 Aprel 2017 12:34

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Gürcüstanın paytaxtı Tiflisdə keçirilən 48-ci iclasında məruzə ilə çıxış edib.

"Boko Haram"ın 57 silahlısı məhv edildi

11 Aprel 2017 12:32

Nigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib. Silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.

AFA prezidenti açıqladı: Simeone, yoxsa Sampaoli?

11 Aprel 2017 12:29

Argentina Futbol Assosiasiyası (AFA) milli komandaya baş məşqçi axtarışlarını davam etdirir. Assosiasiya prezidenti Klaudio Tapia artıq iki mütəxəssislə danışıqlar apardıqlarını açıqlayıb.

Polisin biabırçı davranışı: uşaqlara qandallar vuruldu - VİDEO

11 Aprel 2017 12:28

"Qaldırın əllərinizi! Tez! Yatın yerə! Kimə dedik?!"  Səhər satalarında evin qarşısını kəsmiş polislər hirsli idilər. Onlar evdən zorla, avtomatları tuşlayaraq çıxardıqları uşaqları və yeniyetmələri üzüqoylu yerə yatırmışdılar. Üstəlik, gənclərin biləklərinə qandallar da vurulmuşdu.

Diyarbakırda partlayış

11 Aprel 2017 12:26

Türkiyənin Diyarbakır bölgəsində partlayış olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Diyarbakırın Bağlar qəsəbəsində saat 10:45 – də, polis məktəbinin yerləşdiyi ərazidə partlayış hadisəsi qeydə alınıb. Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım həkimləri cəlb olunub. Verilən məlumata görə çoxlu sayda yaralılar var.

Azərbaycanda qrip təhlükəsi varmı?

11 Aprel 2017 12:25

Hazırda Azərbaycanda qrip təhlükəsi yoxdur, vəziyyət normaldır. Bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Rusiyanın bəzi bölgələrində qripin yayılmasının Azərbaycana təsirinin mümkünlüyünü izah edərkən deyib. İ.Ağayev əlavə edib ki, Rusiyada qripin yayılmasının Azərbaycan üçün təhlükəsi yoxdur: “Azərbaycanda insanlar arasında qripə yoluxanlar ola bilər, ancaq bu, normal haldır, təhlükə demək deyil. Azərbaycan səhiyyə sistemi tərəfindən bütün qabaqlayıcı tədbirlər aparılır. Əgər ölkədə təhlükəli vəziyyət olsaydı, biz əvvəlcədən əhalini xəbərdar edərdik, qripdən qorumaq üçün lazımi tədbirlər aparardıq. Hazırda ölkədə belə bir təhlükə olmadığı üçün narahat olmağa əsas yoxdur”.

Abituriyentlərə XƏBƏRDARLIQ: ixtisas seçimində iştiraka icazə verilməyəcək

11 Aprel 2017 12:22

Dövlət İmtahan Mərkəzi aprelin 9-da keçirilən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirilmiş “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alan və ya iştirak etməyən şəxslərə xəbərdarlıq edib.

Politoloq: “Ermənistan başqalarının cibindədir”

11 Aprel 2017 12:17

“Ermənistanın Dağlıq Qarabağda keçirdiyi qondarma “referendum” və ölkəsində təşkil etdiyi saxta parlament seçkiləri başdan sona qədər qanun pozuntuları ilə keçdi. Bütün beynəlxalq müşahidəçilər, ATƏT nümayəndələri, hətta Rusiyadan və Ermənistandan olan müşahidəçilər də çoxlu qanun pozuntularının olduğunu bildirdilər. Ermənistanın Mərkəzi Seçki Komissiyası isə 5 dəfə azaldaraq 200-ə qədər qanun pozuntuları olduğunu açıqladı. İri cinayət istiqamətli qanun pozuntularını nisbətən yüngül müstəviyə keçirməyə çalışdılar.

Nazir müavini: "Xaricdə təhsil alan məzunlar pedoqoji fəaliyyətlə məşğul olurlar"

11 Aprel 2017 12:14

"Xaricdə təhsil alan məzunların xidmətlərindən maksimum dərəcədə faydalanmalı və istifadə etməliyik". Bunu təhsil nazirinin müavini Ceyhun Bayramov məzunlarla görüşdə çıxış edərkən deyib. O bildirib ki, hər il qəbul proqramının proqnozuna baxanda ingilis dilində tədris olunan fənlərin və ixtisasların sayı artır: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alan yüzlərlə gənci hazırda Azərbaycandakı ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olurlar.