Gündəm

"Həmsədrlər real işə keçib, Ermənistana təzyiqi artırmalıdırlar"

11 Aprel 2017 12:13

“ATƏT-in Minsk qrupunun həmsədrləri son vaxtlar ancaq deklorativ xarakterli bəyanatlar verməkdən başqa heç bir addım atmırlar”. Bunu politoloq Arzu Nağıyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyevin Minsk qrupunun fəaliyyətinə dair səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Qrip Rusiyadan əl çəkmir - 15 məktəb hələ bağlıdır

11 Aprel 2017 12:11

Rusiyanın 3 regionu hələ də kəskin qrip virusu təhlükəsi ilə üz-üzədir, bu səbəbdən 15 məktəbdə dərslər dayandırılıb. Bu barədə məsul şəxs Anna Popova bildirib. 

Meksikada faciə

11 Aprel 2017 12:10

Səhər saatlarında Meksikada  faciə yaşanılıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Meksikada ticarət mərkəzinin avtomobillər üçün ayrılan hissənin çökməsi nəticəsində 6 nəfər beton altında qalaraq həlak olub, 9 nəfər ağır yaralanıb. Dağıntılar altında qalan insanların çıxarılması üçün əraziyə xilasedicilər cəlb olunub. Hadisənin yaranma səbəbi araşdırılır.

Referendum planları pozuldu

11 Aprel 2017 12:09

Gecə saatlarında Türkiyə Terrorla Mübarizə idarəsi Adana şəhərində İŞİD terror qruplaşmasına qarşı əməliyyat həyata keçirib. Əməliyyata 400 polis cəlb olunub. Axtarış tədbirləri 22 fərqli ünvanda aparılıb.

Axtarışda olan 426 nəfər sərhəddə tutulub

11 Aprel 2017 12:07

Mart ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 53 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, оnların 19 nəfəri Azərbaycan, 6 nəfəri Özbəkistan, 5 nəfəri Tacikistan, 5 nəfəri Pakistan, 3 nəfəri Gürcüstan, 3 nə­fəri Nigeriya, 2 nəfəri İran, 2 nəfəri Venesuela, 2 nəfəri Qırğızıstan, hər ölkədən 1 nəfər olmaqla Qana, Türkiyə, Böyük Britaniya, Yunanıstan, Şri-Lanka vətəndaşları оl­ublar.

Silahı polisə könüllü təhvil verib

11 Aprel 2017 12:05

Nardaran sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Xəlfəli Səmədzadə müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təqdim edib.

Külli miqdarda siqaret aşkar edilib

11 Aprel 2017 12:02

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-2109 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Komitədən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində “Parliament” yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Nazirlik büdcə tapşırığını 103% icra edib

11 Aprel 2017 12:01

2017-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 1 milyard 420 milyon 746 min manat məbləğində vəsait ödənilib. Bu barədə Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 103,8% əməl olunub.

Riyaziyyat müəllimi əxlaqsızlığına görə tutuldu

11 Aprel 2017 11:56

Amerikada əxlaqsız müəllimlərin sayı artmaqdadır. Daha bir qadın müəllim əxlaqsızlığına görə həbs edilib.  

Gecə yoldaşı evə gəlməyincə mənzilə od vurdu - "Arvadımı gətirin"

11 Aprel 2017 11:45

Türkiyənin Tekirdağ rayonunun Süleymanpaşa mahalında həyat yoldaşının evə gəlməməsinə əsəbiləşərək evinə od vurduğu deyilən şəxs nəzarətə alınıb.

Rusiya hərbçiləri Suriyada öldürüldü

11 Aprel 2017 11:44

Suriyada daha bir Rusiya hərbçisi öldürülüb. Bu barədə xəbəri RBK saytı yayıb. Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin hərbçisi İqor Zavidnıy minomyot atəşi nəticəsində həlak olub. 

Nikaha girmək istəyən 9 nəfərdə QİÇS aşkarlandı

11 Aprel 2017 11:42

Mart ayı ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 9 min 471 nəfər şəxsin icbari tibbi müayinəsi həyata keçirilib. Bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 

Peterburq metrosunda terror törətmiş şəxsin Türkiyədən deportasiya edildiyi məlum olub

11 Aprel 2017 11:34

Sankt-Peterburq metrosunda terror aktı törədən Akbarjon Cəlilov 2016-cı ilin dekabrında Türkiyədən deportasiya edilib.

“Türkmənşəli erməni soyadları” adlı yeni kitab işıq üzü gördü

11 Aprel 2017 11:32

Uzun illər Qərbi Azərbaycanın tarixi, coğrafiyası, abidələri, folkloru və s. haqqında silsilə kitablar yazan tədqiqatçı alim Əziz Ələkbərlinin müəllifliyi ilə (Elbrus Qaraqoyunlu ilə birlikdə) yeni bir kitab işıq üzü görmüşdür: "Türkmənşəli erməni soyadları". Məsləhətçisi Baş nazirin müavini Əli Həsənov, redaktorları akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov olan 512 səhifəlik kitabda 1001 erməni soyadı araşdırılmış, onların mənşəyi, leksik-qrammatik xüsusiyyətləri tədqiq edilmişdir.

İranda seçkiqabağı gərginlik artır

11 Aprel 2017 11:30

Mayın 19-da İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. Bu seçkilər, Yaxın Şərqdə davam edən və İranın iştirak etdiyi münaqişələr fonunda baş tutacaq.