“Türkmənşəli erməni soyadları” adlı yeni kitab işıq üzü gördü
Uzun illər Qərbi Azərbaycanın tarixi, coğrafiyası, abidələri, folkloru və s. haqqında silsilə kitablar yazan tədqiqatçı alim Əziz Ələkbərlinin müəllifliyi ilə (Elbrus Qaraqoyunlu ilə birlikdə) yeni bir kitab işıq üzü görmüşdür: "Türkmənşəli erməni soyadları". Məsləhətçisi Baş nazirin müavini Əli Həsənov, redaktorları akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov olan 512 səhifəlik kitabda 1001 erməni soyadı araşdırılmış, onların mənşəyi, leksik-qrammatik xüsusiyyətləri tədqiq edilmişdir.
11 Aprel 2017 11:32 MədəniyyətUzun illər Qərbi Azərbaycanın tarixi, coğrafiyası, abidələri, folkloru və s. haqqında silsilə kitablar yazan tədqiqatçı alim Əziz Ələkbərlinin müəllifliyi ilə (Elbrus Qaraqoyunlu ilə birlikdə) yeni bir kitab işıq üzü görmüşdür: "Türkmənşəli erməni soyadları". Məsləhətçisi Baş nazirin müavini Əli Həsənov, redaktorları akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov olan 512 səhifəlik kitabda 1001 erməni soyadı araşdırılmış, onların mənşəyi, leksik-qrammatik xüsusiyyətləri tədqiq edilmişdir.
Kitaba yazdığı "Erməni soyadları ermənilərin tarixi kimliyinin güzgüsüdür" adlı ön sözündə Əziz Ələkbərli yüzillərdən bəridir alimləri düşündürən "Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik-mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt tarix səhnəsinə qədəm qoyublar, Yaxın Şərqə və Qafqaza nə vaxt gəliblər, necə olub ki, bütün dünyaya səpələniblər?" kimi suallara cavab verməyə çalışmış, ermənilərin mənşəyi barədə yeni konsepsiya irəli sürmüş, Qıpçaq ərmənlərin və Oğuz albanların xristian bölümünün haylaşdırılması tarixinə elmi baxış sərgiləmişdir.
Kitabda araşdırılan soyadların ermənilər arasında həqiqətən də mövcudlu-ğunun təsdiqi kimi, dünyanın harasında yaşamasından asılı olmayaraq, həmin soyadları daşıyan ermənilərin adları da kitaba daxil edilmişdir.