Gündəm

Parlament nümayəndə heyəti Belçikada

11 Aprel 2017 11:29

Avropa Parlamentinin dəvəti ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir.

Məktəblilər “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır

11 Aprel 2017 11:27

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq

11 Aprel 2017 11:27

Aprelin 13-16-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.

Özbəkistanda keçiriləcək “İstirahət dünyası”  V Beynəlxalq Turizm Sərgisində Azərbaycan təmsil olunacaq

11 Aprel 2017 11:22

Özbəkistan mötəbər Beynəlxalq tədbirə - Beynəlxalq Turizm Sərgisinə ciddi hazırlaşır. “İstirahət dünyası” V Beynəlxalq Turizm Sərgisi 13-14 aprel tarixlərində Daşkənddəki "УЗКУРГАЗМАСАВДО" mərkəzi sərgi sarayında keçiriləcəkdir.

İsmayıl İsmayılov: “Bakı-2017” uzun illər insanların yaddaşında qalacaq”

11 Aprel 2017 11:16

“Beynəlxalq idman tədbirləri dünya gənclərinin bir araya gəlməsi, ölkələr arasında dostluq münasibələrinin möhkəmlənməsi, sağlam həyat baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan bu istiqamətdə dünyaya öz töhfəsini verir. Ölkəmizin ən böyük idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi var”. Bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

2017-ci il iqtisadi artım ili kimi proqnozlaşdırılıb

11 Aprel 2017 11:09

“2017-ci ilin birinci rübünün iqtisadi göstəriciləri xeyli nikbindir. Hətta bir çox istiqamətlər üzrə proqnozları belə üstələmişdir. Əslində bu uğurların bünövrəsi əvvəlki illərdə atılan addımlarla qoyulub”.

Fransa mətbuatı da Azərbaycan haqda yazdı

11 Aprel 2017 11:07

Paytaxt Bakı turistləri cəlb etmək üçün böyük səy göstərir. Fransa mətbuatında dərc olunan “Azərbaycan - Bakı: təzadlarla dolu paytaxt” adlı məqalədə belə yazılır.

"Ermənistan sülhə məcbur edilməlidir"

11 Aprel 2017 11:02

“Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tam haqlı olaraq qeyd etdi ki, bu gün təcavüzkarı sülhə məcbur edən heç bir addım atılmır”.

“Facebook Messenger” tətbiqində “M” köməkçisi istifadəyə verilib

10 Aprel 2017 20:03

"Facebook" sosial şəbəkəsi "Facebook Messenger" tətbiqində "M" rəqəmli köməkçisini istifadəyə verib. "M" köməkçisi süni intellekt elementlərindən istifadə edir və danışığın məzmunundan asılı olaraq çatda ünsiyyət aparan həmsöhbətlərə müxtəlif əməliyyatlar təklif edə bilər. Məsələn, istifadəçilər gələcək görüş barəsində müzakirələr apardığı halda messencer xəritədə görüş yerini və vaxtı təyin etməklə həmsöhbətlərdən birinə plan təklif edəcək. Bundan başqa, rəqəmli köməkçi stikerlər göndərməyi, pul köçürməyi, olduğun məkanı paylaşmağı, "Lyft" və ya "Uber" xidmətləri üzərindən taksi sifariş etməyi, həmçinin səsvermə funksiyasını (bu funksiya qrup çatlarında əlçatandır) işə salmağı təklif edə bilər.

Bu il elastik akkumulyatorlar istehsal ediləcək

10 Aprel 2017 19:55

Hazırda bir neçə böyük şirkət bükülən ekranla təchiz edilmiş müxtəlif cihazlar üzərində işləyirlər. Ancaq bükülən cihazların yaradılması üçün bükülən elektron içlik tələb olunur. Cənubi Koreyanın “Amotech” şirkətinin mütəxəssisləri öz texnologiyaları üzrə hazırlanmış elastik litium-ion akkumulyatorları üzərində yoxlamaların başa çatdığını bildiriblər.

“Selfie” şəklinin redaktəsi üçün mobil proqram nümayiş etdirilib

10 Aprel 2017 19:50

Fotoşəkillərin peşəkar emalı üçün proqramların hazırlanması ilə məşğul olan "Adobe" şirkəti süni intellekt və kompüter təlimi texnologiyalarını tətbiq etməklə "selfie" şəklinin redaktəsi üçün mobil əlavə yaradıb.  

Müğənni sənətinə görə həyat yoldaşından imtina etdi

10 Aprel 2017 19:44

Türkiyəli müğənni Buray həyat yoldaşından boşanıb. Müğənni boşanma xəbəriylə bağlı açıqlama verib: "Uzaq məsafələrdə yaşamağın və sıx gərgin iş rejiminin gətirdiyi çətinliklər səbəbiylə Avstraliyada yaşayan həyat yoldaşımla evliliyimizə ortaq qərarla son qoyduq.

Türk serialında qalmaqal

10 Aprel 2017 19:39

"Dayan Yüreğim" serialında rolan Ece Uslu ilə bağlı gözlənilməz iddia yayılıb. Aktrisanın çəkilişlərin çox davam etməsini əsas gətirərək çəkiliş meydançasına gəlmədiyi, hətta onlar üçün ayrılan məkanda əsəbiləşərək əşyaları sındırdığı deyilir.

50 yaşında ana olan müğənni milyarder həyat yoldaşından boşandı

10 Aprel 2017 19:34

Dünyaca məşhur müğənni Maykl Ceksonun bacısı Canet Cekson üçüncü həyat yoldaşından da boşanıb. Yanvar ayında, 50 yaşında ilk dəfə ana olan qaradərili müğənni qətərli milyarder iş adamı Uissam əl Manatdan ayrılmağa qərar verib.

Neçə saat yuxu yatmalıyıq?

10 Aprel 2017 19:28

Adamların əksəriyyəti kifayət qədər yuxu almayanda bunu hiss edirlər. Lakin yatmaq üçün lazım olan vaxt nə qədərdir?.