Məktəblilər “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Ekoloji aylıqlar" layihəsi çərçivəsində aprel ayı "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusuna həsr olunub. Verilmiş mövzunun reallaşdırılması baxımından təhsil müəssisələrinə sərbəstlik verilib. "OLAYLAR"-ın xəbərinə görə, mövzunun seçilməsində əsas məqsəd şagirdlərin diqqətini Azərbaycanın təbii sərvətlərinə və biomüxtəlifliyinə yönəltmək, onları bu barədə daha geniş maarifləndirməkdən ibarətdir. Bakı şəhərinin 12 inzibati rayonun hər birində pedaqoji kollektiv və məktəblilər tərəfindən "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusu üzrə elmi konfrans, müsabiqə, yarış, "Açıq dərs", sərgi və ekskursiyaların keçirilməsi, müxtəlif araşdırmaların aparılması nəzərdə tutulub.

Qeyd edək ki, aprel ayının sonunda mövzuya uyğun olaraq "Ayın tədqiqatçı bioloqlar məktəbi" nominasiyası üzrə qalib məktəb seçiləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31