Yeniyetmə və gənc güləşçilər AGF Kuboku uğrunda yarışacaq
Aprelin 13-16-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək.
11 Aprel 2017 11:27 İdmanAprelin 13-16-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparacaq. Turnirin proqramına əsasən, aprelin 13-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 14-də yunan-Roma güləşi üzrə gənclər, 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq. Turnirin rəsmi açılış mərasimi 13 aprel 2017-ci il, saat 17.00-da baş tutacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.