İsmayıl İsmayılov: “Bakı-2017” uzun illər insanların yaddaşında qalacaq”
“Beynəlxalq idman tədbirləri dünya gənclərinin bir araya gəlməsi, ölkələr arasında dostluq münasibələrinin möhkəmlənməsi, sağlam həyat baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan bu istiqamətdə dünyaya öz töhfəsini verir. Ölkəmizin ən böyük idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi var”. Bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
11 Aprel 2017 11:16 İdman"Beynəlxalq idman tədbirləri dünya gənclərinin bir araya gəlməsi, ölkələr arasında dostluq münasibələrinin möhkəmlənməsi, sağlam həyat baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycan bu istiqamətdə dünyaya öz töhfəsini verir. Ölkəmizin ən böyük idman tədbirlərinin keçirilməsində böyük təcrübəsi var". Bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
O qeyd edib ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili üçün böyük səy göstərir: "IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə yüksək peşəkarlıqla keçiriləcək. Bu Oyunlar İslam ölkələrinin həmrəyliyinin, dostluğunun möhkəmləndirilməsində böyük rol oynayacaq. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk dəfə olaraq 57 dövlətin idmançıları iştirak edəcək, ölkəmizə 3 mindən artıq idmançı gələcək. Bu, rekord göstəricidir. Azərbaycanda böyük idman infrastrukturu, peşəkar mütəxəssislər mövcuddur. Ölkəmizdə idmana dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Ona görə də əminəm ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları uzun illər insanların yaddaşında qalacaq". Sia.az