İranda seçkiqabağı gərginlik artır
Mayın 19-da İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. Bu seçkilər, Yaxın Şərqdə davam edən və İranın iştirak etdiyi münaqişələr fonunda baş tutacaq.
11 Aprel 2017 11:30 DünyaMayın 19-da İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. Bu seçkilər, Yaxın Şərqdə davam edən və İranın iştirak etdiyi münaqişələr fonunda baş tutacaq. "OLAYLAR" -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, həmçinin ABŞ-la kəskinləşən əlaqlər, nüvə anlaşmasının effektli olmaması, prezident Ruhaniyə qarşı siyasi narazılığı artırır: "İslahatçılarnan mühafizəkarlar arasında kəskin siyasi mübarizə gedəcəyi gözlənilir. Mötədil prezident Ruhani növbəti dəfə namizədliyini verəcək. Amma, Ali dini rəhbər Xamneyi prezident Ruhanin siyasətindən narazıdır. Qərblə kəskinləşən siyasi mübarizə fonunda mühafizəkarların reytinqi artır. Ali dini rəhbər Xamneyidə mühafizəkar qanadı dəstəkləyir. Hazırda islahatçı qanadın Qərblə apardığı danışıqlar fiaskoya uğrayıb. Və, yeni imkanlar tükənib. May ayında ABŞ İran seçkilərini diqqətlə izləyəcək. Mümkündür ki, siyasi toqquşmaların baş verməsi gözlənilsin".