AFA prezidenti açıqladı: Simeone, yoxsa Sampaoli?

Argentina Futbol Assosiasiyası (AFA) milli komandaya baş məşqçi axtarışlarını davam etdirir. Assosiasiya prezidenti Klaudio Tapia artıq iki mütəxəssislə danışıqlar apardıqlarını açıqlayıb.

Argentina Futbol Assosiasiyası (AFA) milli komandaya baş məşqçi axtarışlarını davam etdirir. Assosiasiya prezidenti Klaudio Tapia artıq iki mütəxəssislə danışıqlar apardıqlarını açıqlayıb.

Söhbət "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone və "Sevilya"nın baş məşqçisi Xorxe Sampaolidən gedir. Tapia onlarla danışıq aparmaq üçün yaxın günlərdə İspaniyaya yollanacağını söyləyib. Sampaoli ilə hətta ilkin razılıq alındığı da qeyd edilib.
 
Qeyd edək ki, ötən ilin avqustunda Argentina yığmasına baş məşqçi təyin olunan Edqardo Bausa bu ay istefaya göndərilib. Apasport.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31