"Synergy Baku"dan Mərakeşdə "üçqat zərbə"
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb. Kifayət qədər çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən "solo-finiş" edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq.
11 Aprel 2017 12:57 İdmanAzərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışında uğurlu çıxışını davam etdirir. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun 4-cü mərhələsi təmsilçilərimiz üçün kifayət qədər uğurlu alınıb. Kifayət qədər çətin dağ yolları ilə yadda qalan 191 km-lik marşrutu yığma komandamızın üzvü Kiril Pozdnyakov 5 saat, 28 dəqiqə, 15 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 13 saniyə qabaqlayıb və 1-ci mərhələdə olduğu kimi, yenidən "solo-finiş" edib. Bundan başqa, velosipedçimiz sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib və 5-ci mərhələyə lider köynəyi ilə başlayacaq. "Synergy Baku"nun digər üzvü Yosip Rumaç dağlıq yollarda topladığı xallar hesabına ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyinə yiyələnib. Bütün bunlar komanda üzvlərimizin 4-cü mərhələnin yekununda 3 dəfə fəxri kürsüyə qalxması ilə nəticələnib.