İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının və Park Bulvar Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Ümumdünya Kapoeyra Federasiyasının və Park Bulvar Əyləncə Mərkəzinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək tədbiri keçirilib. "OLAYLAR"-ın Baş İdarəyə istinadən verdiyi xəbərə görə, tədbirdə İslam Həmrəyliyi Oyunlarının könüllülərinin rəhbərliyi və könüllülərin iştirakı ilə kapoeyra idman növünün ustaları, müəllim və yığma komandanın üzvləri müxtəlif nümunəvi çıxışlar göstərmiş, master klasslar təşkil edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunduqdan sonra qonaqlar və tədbir iştirakçıılarına Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov tərəfindən İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verilib və ölkəmizdə bu oyunlara digər idman növlərinin də dəstək aksiyalarının silsilə tədbirlər olaraq gələcəkdə də davamlı olaraq həyata keçirilməsi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31