"Boko Haram"ın 57 silahlısı məhv edildi
Nigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib. Silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.
11 Aprel 2017 12:32 DünyaNigerin təhlükəsizlik qüvvələri "Boko Haram"ın 57 silahlısını məhv edib. Silahlıların məhv edilməsi əməliyyatı onların ölkənin cənub-şərqindəki Diffa şəhərinin yaxınlığındakı kəndə hücumundan sonra başlayıb. "Boko Haram"ın hücumu zamanı 15 əsgər və 2 dinc sakin xəsarət alıb.
Qeyd edək ki, "Boko Haram" silahlıları 2009-cu ildən Çad gölü hövzəsindəki ölkələrdə 20 mindən çox insanı qətlə yetirib. Onların hücumları nəticəsində 2,6 milyondan çox insan qaçqın düşüb.
Hüquq-müdafiəçilərinin sözlərinə görə, ekstremistlər on minlərlə insanı, o cümlədən 10 min gənci və minlərlə qadını oğurlayıblar. Silahlılar bunun üçün girovlardan terrorçu-kamikadze kimi istifadə ediblər. Report.az