Polisin biabırçı davranışı: uşaqlara qandallar vuruldu - VİDEO
"Qaldırın əllərinizi! Tez! Yatın yerə! Kimə dedik?!" Səhər satalarında evin qarşısını kəsmiş polislər hirsli idilər. Onlar evdən zorla, avtomatları tuşlayaraq çıxardıqları uşaqları və yeniyetmələri üzüqoylu yerə yatırmışdılar. Üstəlik, gənclərin biləklərinə qandallar da vurulmuşdu.
11 Aprel 2017 12:28 Dünya"Qaldırın əllərinizi! Tez! Yatın yerə! Kimə dedik?!"
Səhər satalarında evin qarşısını kəsmiş polislər hirsli idilər. Onlar evdən zorla, avtomatları tuşlayaraq çıxardıqları uşaqları və yeniyetmələri üzüqoylu yerə yatırmışdılar. Üstəlik, gənclərin biləklərinə qandallar da vurulmuşdu. Olay İngiltərənin Birmingem bölgəsindəki Hörsvort şəhərində, Pteroriya-Roud küçəsində yaşanıb.
Səhər saatlarında bu küçədəki evlərdən birinə yönələn polislər mənzildəki ailəni çölə çıxarıblar. Bu zaman 12 yaşlı uşağa da avtomat tuşlanıb və o uşağın biləklərinə qandal vurulub.
Şahidlərin dediklərinə görə, uşaqlar yatağa girdikləri paltarlarda idilər. Bəzisi isə ayaqyalındı.
Polis yoxlama və axtarış aparandan sonra yerə uzadılmış uşaqları buraxıb.
Uest-Midlends polis idarəsindən verilən məlumata görə, bu hadisənin səbəbi həmin evdə odlu silah alveri ilə məşğul olan insanın yaşaması barədə anonim zəngin daxil olması idi.
Zəngdən dərhal sonra həmin ünvana xüsusi təyinatlı polislər yollanıblar. Səmada isə polis helikopteri vardı.
Şəhər polisi bu qalmaqallı olaya görə üzr istəmək niyyətində deyil. Milli.az Daily Mail-ə istinadən xəbər verir.