İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı

İranda keçiriləcək prezident seçkilərində iştirak üçün namizədlərin qeydiyyat prosesi start götürüb. Qeydiyyat prosesi aprelin 16-dək davam edəcək. Namizədlər barədə bütün məlumatlar yoxlandıqdan sonra yekun siyası İran Daxili İşlər Nazirliyi tərəfindən 26-27 aprel tarixlərində elan ediləcək. Seçki kampaniyası aprelin 28-dən mayın 17-dək davam edəcək.

Qeyd edək ki, İranda prezident seçkiləri mayın 19-da keçiriləcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31