"Əsəd getməlidir!"

Mehdi Ordusunun və İraqlı şiələrin lideri olan Müqtəda Əl Sədr “Əsəd getməlidir!” bəyanatı ilə çıxış edib. İraqda böyük nüfuza sahib olan imam Müqtəda Əs Sədr Bəşər Əsədin siyasi arenadan getməsinin zəruri olduğunu vurğulayıb. İmam Amerika və Rusiyanı  Suriyaya müdaxilələrini dayandırmağı səsləyib.

Mehdi Ordusunun və İraqlı şiələrin lideri olan Müqtəda Əl Sədr "Əsəd getməlidir!" bəyanatı ilə çıxış edib. İraqda böyük nüfuza sahib olan imam Müqtəda Əs Sədr Bəşər Əsədin siyasi arenadan getməsinin zəruri olduğunu vurğulayıb. İmam Amerika və Rusiyanı  Suriyaya müdaxilələrini dayandırmağı səsləyib.

İdlibdəki kimyavi hücumu da pisləyən lider Əsədin istefaya getməsinin vaxtının çatdığını bildirib. Əl Sədrin fikirinə görə Suriyanın gələcək müqəddəratını Suriya xalqı təyin etməlidir.İmam " Suriya xalqına terror, müharibə və zülümnən xilas olma imkanı verilməlidi", - deyə çıxış edib. Şiə lider bütün xarici ölkələrə Suriyadaki hərbi birləşmələrini çəkmələrini tövsiyyə edib. O, əks halda ölkənin daha da acınacaqlı hala düşəcəyini bəyan edib.
Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31