Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib
Dastanlar bu torpağa düzüləndə bildim ki, Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib. Göz yaşına çevrilib süzüləndə bildim ki, Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
11 Aprel 2017 14:45 SosialDastanlar bu torpağa düzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Göz yaşına çevrilib süzüləndə bildim ki,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
"Subhənallah" deyincə nurlu gözləri dolan,
Ruminin məclisində yenə ilk bahar olan,
Dərin bir fəlsəfənin qaranlığına dalan,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
Yanaqları lalədən, incidən daha solğun.
Türkün övladı yenə baxanda oğrun-oğrun,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
İllərin arxasında candakı ruhu gördüm,
"Qurani-Kərim"də mən Adəmlə Nuhu gördüm.
Harayı ərşə çatan fəğanla ahu gördüm,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Əhmədin məktubları sızıldadı tar kimi,
Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
Allahı sevən qəlbə ələndi bir qar kimi,
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
Sevdim Anam torpağı axan göz yaşı qədər.
Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
Qadının özünə minnətdaram mən
"Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa".
Nəriman Həsənzadə.
İnsanın özündən xəbərsiz, inan,
Narahat duyğular bu gün də yatmır.
Duyub yaşadıqca ömrün gününü,
Bəzən görürsən ki, nəyinsə çatmır.
Sonradan keçdikcə ömürdən günlər,
İlk görüş, ilk gülüş yadına düşür.
Sən demə, bu ömrün ən çətin günü,
Gəlib bu dünyada qadına düşür.
Duyulsa, uzaqdan nəfəsi yenə,
Bu dünya qayğıya bürünəcəkdi.
Könlünü almaqçün dağların özü,
Qadın arxasınca sürünəcəkdi.
Axı çox həssasdı bütün varlığı,
Dünəni, bu günü qoruyur bütün.
Qadının özünə minnətdaram mən,
Belə həssas qəlbli olduğu üçün.
Qadın ağlamaqçün yaranmayıbdı
Soykökə bağlılıq, yurda bağlılıq,-
Qəhrəman bir yurdun canında olmuş.
At çapan Koroğlu dəlilərinin,
Sapandı, qılıncı yanında olmuş.
Əsrlər boyunca ər meydanında,
Fərhad tək qayanı bir ana yarmış.
Yaxşı ki, bir xalqa xidmət göstərən,
Cəsur bir diyarda qadınlar varmış.
Ömrün sınağından üzü ağ çıxmış,
Min igid gözündə darda da belə.
Yaşınıb, utanıb, çəkinməmişdi,
Boranda, şaxtada, qarda da belə.
Şairlər bir yurddan geri qayıtmaz,
Qadının hüsnündən ilham almamış.
Nigar da, Həcər də qəhrəmanlıqda,
Koroğlu, Babəkdən geri qalmamış.
Qəlbi ovsunlayan siyah telləri,
Kim sənə dedi ki, daranmayıbdı?!
Üzündə sevinci görəndə bildim,
Qadın ağlamaqçün yaranmayıbdı.
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Səninlə qürurlanıb tarixi varaqladım,
Nəsimi, Xətayidən mən səni soraqladım.
Qəm, kədəri üst-üstə mən yığıb torpaqladım,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Nəsiminin üsyanı, Vaqifin harayısan,
Füzulinin qəlblərdə düzülən sarayısan.
Dünyada hər bir türkün günəşisən, ayısan,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Natəvanın qəzəli, Ələsgərin sazısan,
Vaqif gözəllərinin işvəsisən, nazısan.
Mənim şair qəlbimin baharısan, yazısan,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Şəhriyar da cənubda "Heydər baba"nı yazdı,
Zakir doğma torpaqda "Badi-səba"nı yazdı.
Ələsgər qoşmalarda eli, obanı yazdı,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Şimaldan cənubadək yepyeni səfər oldun,
Tarixin sınağından çıxan al səhər oldun.
Türkün al bayrağında yenə də zəfər oldun,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Babək, Cavanşir özü haqqında nələr dedi,
Xətayi də "qələbən yenə tez gələr"-dedi.
"Səni unutmağımız qəlbləri dələr!"-dedi,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Şamdan Bağdada qədər Füzuli qəzəlisən,
Vaqifin siyah telli, işvəli gözəlisən.
Türkün yenə dilisən, dillərin gözəlisən,
Torpağım qədər əziz, ey haray çəkən dilim!
Bayrağım qədər əziz, ey haray çəkən dilim!
Kəlbəcər həsrətli şairim mənim
Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün yetişdirdiyi ən gözəl ədib və gənc şairlərin ən gözəli, canı, qanı, ruhu qədər Azərbaycan torpağına bağlı olan şair qardaşım İlham Mikayıla ulu sayqılarla!
Kəlbəcər dərdinə çəkirsən haray,
Kəlbəcər həsrətli şairim mənim.
Uçmasın qəlbində qurulan saray,
Kəlbəcər həsrətli şairim mənim.
Kaş indi düşəydi güzarım mənim,
Dağılsın qəlbimdə azarım mənim.
Qazılsın torpaqda məzarım mənim,
Kəlbəcər həsrətli şairim mənim.
Ağlayan, sızlayan dən olmuşam mən,
Kəlbəcər dərdinə tən olmuşam mən.
İnləyən, göynəyən çən olmuşam mən,
Kəlbəcər həsrətli şairim mənim.
Yanaqdan gözünün yaşı düşəcək,
Ayna Xəzərimin qaşı düşəcək.
AVEYİN, MUROVUN daşı düşəcək,
Kəlbəcər həsrətli şairim mənim.
Qaralar yerində ağa dönəcək,
Yolların sol səmti sağa dönəcək.
Dərdlilər yenə də dağa dönəcək,
Kəlbəcər həsrətli şairim mənim.
Dərdimiz böyükdü bir Xəzər qədər,
Yaşanan ömrümüz getməsin hədər.
Dağılsın gözlərdən ayrılıq, kədər,
Kəlbəcər həsrətli şairim mənim.
Sənin də, mənim də dərdimiz birdi,
Koroğlu hünərdə mərdimiz birdi.
Kəlbəcər həsrəti yuxuma girdi,
Kəlbəcər həsrətli şairim mənim.
ƏLƏSGƏR ŞƏMŞİRLƏ saza dönəcək,
Zimistan torpaqda yaza dönəcək.
Çoxları azalıb, aza dönəcək,
Kəlbəcər həsrətli şairim mənim.
Bir elin, bir yurdun canındasan sən,
Yenə laxtalanan qanındasan sən.
Kəlbəcər yurdunun yanındasan sən,
Kəlbəcər həsrətli şairim mənim.
Ruhunda, canında KƏLBƏCƏR kimi,
Dastanın ərlikdə hey HƏCƏR kimi.
Həsrətli ömrümün sonuna kimi,
Kəlbəcər həsrətli şairim mənim.
KƏLBƏCƏR yurdunun canı, ruhusan,
"QURAN"da görmüsən ADƏM, NUHU san.
Yurdun ərşə çatan haray, ahu san,
Kəlbəcər həsrətli şairim mənim.
Bilirəm, dərdimiz sona yetəcək,
Qəmimiz azalıb ona yetəcək.
Sevincə atayla ana yetəcək,
Kəlbəcər həsrətli şairim mənim.
SALAM,EY GÖZƏL İNSAN, SƏNƏ SALAMLAR OLSUN!
Salam, ey gözəl insan, sənə salamlar olsun!
Tələbə yoldaşım Əsmər Rəsulovaya.
Meydanda cəsarətdə geridə qalmamısan,
Kim deyir ki, Vətəni yadına salmasısan?!
Kim deyir ki, ilhamın Məkkədən almamısan,
Salam, ey gözəl insan, sənə salamlar olsun?!
Gözəllikdə gözəlsən gözəllərin içində,
Dastanlara dönəsən qəzəllərin içində.
Nura boyansın ömrün göz, əllərin içində,
Salam, ey gözəl insan, sənə salamlar olsun!
Doğmaya ömrü boyu doğmadan da doğmasan,
Fəryada dönürsən sən günəş kimi doğmasan.
İnciyərəm sən şəri ilan kimi boğmasan,
Salam, ey gözəl insan, sənə salamlar olsun!
Qəlbindəki həsrətin dönsün gözün yaşına,
Gözəllikdə bənzərsən gözəllərin qaşına.
Gözəl qalasan ömrün çatanda yüz yaşına,
Salam, ey gözəl insan, sənə salamlar olsun!
Qəlbini oxşamısan həm doğmanın, həm yadın,
Gözəllikdə gözəldi yenə də gözəl adın.
Göz yaşı kimi durudu qəlbin, ey gözəl qadın,
Salam, ey gözə insan, sənə salamlar olsun!
Yenə ömür uzunu Tanrı sənə yar olsun!
Tələbə yoldaşım, gözəl insan, yüksək insani keyfiyyətlərə malik olan İbrahimova Mətanətin körpə balası, TÜRKÜN QIZI MƏSİZADƏ FƏRİDƏYƏ ulu sayqılarla!
Məndən şeir istədin, istəməyə haqqın var,
Yenə ömür uzunu TANRI sənə yar olsun!
Gözəl körpə balanın gözlərinə ələnən,
Bir nur damlası kimi dümağ, dümağ qar olsun!
Sevincdən gözün yaşı yanağından süzülsün,
Gözəlliyi torpağın bax, canına düzülsün.
Gözəlliyi önündə təbiətim büzülsün,
Gözəl TÜRKÜN OĞLUNA GÖZƏLLİKDƏ YAR OLSUN!
Axı TÜRKÜN QIZINA torpaqda ehtiram var,
Gözəlliyin rəmzinə yanaqda ehtiram var.
ALLAH deyən kəlməyə dodaqda ehtiram var,
Gözəlliyin nişanı körpə bala var olsun!
Demədim ömrü boyu inildəsin saz kimi,
Gözəlliyi gözəldi işvə kimi, naz kimi.
Gözəlliyin nişanı gözəl fəsil yaz kimi,
Dodaqlardan süzülən nəğmə kimi tar olsun!
Yaşanan gözəl ömür yenə keçməsin hədər,
Sevinci sevinc olsun axan göz yaşı qədər!
Dağılanda gözündən həsrət, ayrılıq, kədər,
Yenə ömür uzunu TANRI özü yar olsun!
Məni Allah yaradıbdı
Fərhad mənəm, Tahir mənəm, Məcnu mənəm, Kərəm mənəm,
Zaman-zaman tarix boyu Haqqı yazan qələm mənəm.
"Subhənallah" deyə-deyə Dünya kimi aləm mənəm,
Mən Allaha qul doğuldum, məni Allah yaradıbdı.
"La ilahə illallah"la müsəlmanın əsli mənəm,
Dədə Qorqud, Xan Eyvazla Koroğlunun nəsli mənəm.
Bulaq kimi coşub-daşan mmrün bahar fəsli mənəm,
Mən Allaha qul doğuldum, məni Allah yaradıbdı.
Haqqı sevib, haqqı deyən ərşə çatan haray mənəm,
Damla-damla, zərrə-zərrə şeir mülkü-saray mənəm.
Səma mənəmə, torpaq mənəm,ulduz,günəş, həm ay mənəm,
Mən Allaha qul doğuldum, məni Allah yaradıbdı.
Həsrət mənəm, qüssə mənəm, sevinc mənəm, kədər mənəm,
Dastan mənəm, qətra mənəm, ömür mənəm, səfər mənəm.
Günahları zaman-zaman bağışlanan qədər mənəm,
Mən Allaha qul doğuldum, məni Allah yaradıbdı
Aydın səma, göy qurşağı, duman mənəm, çən də mənəm,
Dağlar kimi sərin-sərin hər dərdə bir tən də mənəm.,
Odlar yurdu-Azərbaycan həm torpaq, vətəndə mənəm,
Mən Allaha qul doğuldum, məni Allah yaradıbdı
Qəlblərə süzülüb gələn yanaqdakı bir nəm mənəm,
Qələm mənəm, varaq mənəm, hicran mənəm, bir qəm mənəm.
Haray çəkən zaman hər an, ərşə çatan bir bəm mənəm,
Mən Allaha qul doğuldum, məni Allah yaradıbdı.
Gözümün ağında, qarasındasan
Yanaqdan göz yaşı süzüləndə də,
Dastanlar torpağa düzüləndə də,
Həsrətdən dodaqlar büzüləndə də,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!
Sevinc göz yaşına dönsəm də belə,
Gözəlin qaşına dönsəm də belə,
Torpağın daşına dönsəm də belə,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyasının harasındasan?!
Torpağın canına hopub gələrəm,
Borana çevrilib qopub gələrəm.
Mən səni axtarıb tapıb gələrəm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!
Yenə ərşə çatır şair harayım,
Çələngdən hörülən uçmaz sarayım.
Mən səni de, görüm harda arayım?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!
Yanaqdan süzülən yaşamı dönüm,
Həsrtədən çatılan qaşamı dönüm?!
Yurdumda dağamı, daşamı dönüm,
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?!
Kədərlər əriyib keçsin aradan,
Yenə dayağımdı UCA YARADAN.
Mən səni soruşum denən haradan?!
Gözümün ağında, qarasındasan,
De, görüm dünyanın harasındasan?
Kədəri sevinclə gözlərindən çək!
"Çəkdim həsrətin desəm, sənə mən,
Bəlkə inanmazsan sözlərimə sən?!".
Müəllif.
Qəlbindən süzülən duyğularını,
Mənə söylədilər o vaxtı, gülüm.
Məndə ki, o vaxtı coşub-daşırdım,
Dəyişdi şairin bir baxtı, gülüm.
Səhərdən-axşama narahat qəlbdə,
Ən incə duyğular süzülüb gəldi.
Dastanlar qoşanda qəlbimdə artıq,
Torpaqdan qəlbimə düzülüb gəldi.
O gündən bu günə mənim qəlbimin,
Döyünən, çıpınan aynası oldun.
ALLAHA, "QURAN"a dastanlar qoşan,
TÜRKÜN ŞAİRİNİN DÜNYASI OLDUN.
Sevinc də, kədər də mənim ömrümün,
Səhərə can atan xəbəri oldu.
Sənin gözlərinə qəm ələnməyi,-
Sevgi sarayımın kədəri oldu.
Hər dəfə çələngdən dastan qoşanda,
Sən düşdün yadıma həmişəki tək.
Nə kədər, nə qüssə yaraşmır sənə,
Kədəri sevinclə gözlərindən çək.
Torpağı satan ağlasın!
Elşən Sayılov qardaşıma.
Sən ağlama, ay qardaşım,
Torpağı satan ağlasın!
Gündüz yalan sözlər deyib,
Gecələr yatan ağlasın!
Torpaq kimi daşa dönüb,
Yanaqdakı yaşa dönüb,
Sağ-salamat başa dönüb,
Aranı qatan ağlasın!
Gündüz dönüb səhər olsun,
Sevinc dönüb kədər olsun.
Gözüm yaşı Xəzər olsun,
Mərama çatan ağlasın!
Ərisin göz yaşım indi,
Ağlama, qardaşım, indi.
Haray çək dağ, daşım indi,
Kədərə batan ağlasın!
Ruhum dolanır bir cana,
Kədərim qalsın bir yana.
Günahsız neçə insana,
Güllələr atan ağlasın!
Həm cavan, həm də pir xalqa,
Babək tək mərd bir şir xalqa,
Günahsız igid bir xalqa,
Divanı tutan ağlasın!
Dağlar yenə çəksin haray,
Qurulsun çələngdən saray.
Göynəsin həm günəş, həm ay,
Torpağı satan ağlasın!
Ağla, şairim, ağla ağlamaq vaxtı gəlib
Durna qatarı kimi dan yeri söküləndən,
Ağla, şairim, ağla, ağlamaq vaxtın gəlib.
Cənubda TƏBRİZ adlı şəhərdə üsyan gedir,
Doğma BAKIDA çağla, çağlamaq vaxtın gəlib.
Yanağından süzülən yaşın yaşa dönəcək,
Dağ dözümlü həsrətin dağa, daşa dönəcək.
Dərdi, qəmi torpağın gözə, qaşa dönəcək,
Kədəri qəlbdə saxla, saxlamaq vaxtın gəlib.
Millətimin çatılan qaşıyla saya-saya,
Dərdi-səri gözümün yaşıyla saya-saya,
Ələnən torpağımın daşıyla saya-saya,
Qapıları gəl bağla, bağlamaq vaxtı gəlib.
Qəm adlı bir dastandan torpağa hopmaq gərək,
Fəryad, üsyana dönüb torpaqda qopmaq gərək.
Sözünü demək üçün zamanı tapmaq gərək,
Bulaqlar kimi çağla, çağlamaq vaxtı gəlib.
Türkün ana torpağında ah-nalə qoparmalıyam
İYİRMİ YANVAR ŞƏHİDLƏRİ, millətimin dar günündə,
Türkün ana torpağında ah-nalə qoparmalıyam!
Fitnə-fəsad, qırğınları yenə yada salıb bu gün,
Türkün ana torpağında ah-nalə qoparmalıyam!
Gözümü yuma bilmərəm millətimin dərd-sərinə,
Gərək yenə həmdəm olam xeyirinə, həm şərinə.
Zaman-zaman dastan qoşam alnın süzülən tərinə,
Türkün ana torpağında ah-nalə qoparmalıyam!
Zaman-zaman dünya yenə millətimə yağı çıxıb,
Həsrətini çəkə-çəkə gözün qara, ağı çıxıb.
Kədər görüb, kədər deyən qəlbin artıq dağı çıxıb,
Türkün ana torpağında ah-nalə qoparmalıyam!
KOROĞLU, BABƏK, CAVANŞİR ərənlərin ər yurdunda,
ƏRTOĞRUL, ORXAN, OSMANDAN BÖYÜK TÜRKÜN hər yurdunda,
"ALPAMIŞ", "MANAS", "GİLQAMIŞ" qəhrəmanlıq zər yurdunda,
Türkün ana torpağında ah-nalə qoparmalıyam!
Ruhdan ruha ümman kimi candan cana hopub gəlib,
Tarix boyu laxtalanan ələq-qana hopub gəlib.
YUNUS ƏMRƏM kimi yenə vaxta, ana hopub gəlib,
Türkün ana torpağında ah-nalə qoparmalıyam!
Ulu xalqın görüşünə bir xitabla gəlmişəm mən!
Gözəllərin yanağından damla-damla süzüləndən,
Bir qələmlə, bir varaqla, bir kitabla gəlmişəm mən!
YUNUSUMLA bu torpağa təsbih kimi düzüləndən,
Ulu yurdda həm günahla, həm savabla gəlmişəm mən!
Dastanlardan gözlərinə ələnəndə bir qar kimi,
Dərdlərindən Ana yurdda inildəyən bir tar kimi,
Səhralarda MƏCNUN təki eşq arayan bir yar kimi,
Ömrü boyu min iztirab, bir əzabla gəlmişəm mən!
Kim deyir ki, mənim dərdim daşlarından süzülməzdi,
Kim deyir ki, ruhum yurdda YUNUS kimi düzülməzdi?!
Kim deyir ki, HAQQ NURUNDAN dodaqlar da büzülməzdi,
MÖVLAM kimi dastan qoşub bir rübabla gəlmişəm mən?!
Ömrü boyu sevməliyəm ərşə çatan harayımı,
Nə dağlardan, nə daşlardan hörənmərəm sarayımı.
Sevməliyəm ram olunan həm günəşi, həm ayımı,
"QURAN" adlı hikmət dolu bir kitabla gəlmişəm mən!
Ruhum, anım, canım özü əzizlənən qucaqdadı,
Ərşə çatan harayım da min közərən ocaqdadı.
HAQQ şairi KƏNAN özü Ana yurdda, torpdadı,
Ulu xalqın görüşünə bir xitabla gəlmişəm mən!
Məzarına baş çəkməyə gəlmişəm, Xətayi babam!
Səfəvi dövlətinin hökmdarı, hökmdar-şair
Şah İsmayıl Xətayinin ulu ruhuna salam olsun!
Neçə ilin həsrətinə görüş ilə son qoymaqla,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!
BÜRHANƏDDİN NƏSİMİYLƏ tarixlərdən süzülmüsən,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!
Ömrü boyu, tarix boyu dastanlardan süzülür qəm,
Ərşə çatır fəryad kimi cahargahda enəndə bəm.
Gözdə sevinc, qəlbdə iman, əldə "QURAN", yanaqda nəm,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!
Sən ki mənim ruhumdasan, canımdasan ömrü boyu,
Hökmdarsan, TÜRK OĞLUSAN yanımdasan ömrü boyu.
ALLAH deyən, "QURAN" deyən anımdasan ömrü boyu,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!
SƏHƏNDİMLƏ yada salım ŞƏHRİYARLA qardaşımı,
ƏRDƏBİLDƏN TƏBRİZƏCƏN sevməliyəm dağ, daşımı.
Sevincimdən ömrü boyu tökəndən gözüm yaşımı,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!
Gözlərimə ələnəndən qəmlə qüssə bir də kədər,
Sevdim səni,ulu babam, axan gözüm yaşı qədər.
Ruhum ilə canımdasan ömrümün sonuna qədər,
Məzarına baş çəkməyə gəlmişəm, XƏTAYİ BABAM!