Türkiyənin Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir
Aprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
11 Aprel 2017 14:12 SosialAprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır. Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub. Səfər aprelin 14-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31