Gündəm

Narkotiklə tutuldu, digər cinayətləri aşkar edildi

11 Aprel 2017 16:12

Lənkaran şəhər sakini şöhrət Hüseynovun üzərində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, DİN-in Baş Cinayət  Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun fevralın 3-dən aprelin 1-dək olan müddətdə rayon ərazisində 1 evdən 250 manat pul və ərzaq məhsulları, habelə 3 həyətyanı sahədən ümumilikdə 35 ev quşu öğurlaması da müəyyən edilib.

Mağazanı qarət edənin qolları qandallanıb

11 Aprel 2017 16:11

Xətai rayonunda mağazalara qənim kəsilən şəxs ələ keçib. DİN-dən verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də rayon ərazisindəki mağazalardan birindən 1247 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Qriqori tutulub. Faktla bağlı araşdırma aparılır.

Metroda qadının çantasından oğurluq edən yaxlanıb

11 Aprel 2017 16:10

Metroda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 10-da metronun "28 May" stansiyasının platformasında Sumqayıt şəhər sakini olan bir qadının çantasından içərisində 122 manat, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Sınaq imtahanı mayın 27-də keçiriləcək

11 Aprel 2017 16:09

I-IV ixtisas qrupları üzrə ali təhsil  müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də ilk sınaq imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanın ölkənin 26 şəhər və rayonunda olmaqla, 96 imtahan binasında təşkil olunması nəzərdə tutulub. Sınaq imtahanının keçirilməsi üçün imtahan binalarında ümumilikdə 51050 yer ayrılıb.

ABŞ-dan Suriyaya hücum mesajı: “Əsədin iqtidarı sona yaxınlaşır”

11 Aprel 2017 16:01

“Əsəd ailəsinin iqtidarı sona yaxınlaşır”. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson “G7” sammitindən sonra verdiyi açıqlamada deyib.

"2017-ci il uğurla başlayıb, uğurla da bitəcək"

11 Aprel 2017 15:55

“Azərbaycan Prezidentinin ötən gün Nazirlər Kabinetinin I rübün yekunlarına dair iclasda çıxışı zamanı səsləndirdiyi rəqəmlərə fikir versək görərik ki, ölkəmizdə 3 ay müddətində qeyri-neft sektorunun, ixracın artımı və idxalın əvəzlənməsi istiqamətində böyük əsaslı işlər görülüb”. Bunu  iqtisadçı-ekspert Emin Əliyev deyib.

TİKA-nın koordinatoru Bakı Ali Neft Məktəbində olub

11 Aprel 2017 15:53

Bakı Ali Neft Məktəbiniin rektoru Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib.

“Nizami” stansiyasına müasir nasos aqreqatları quraşdırılır

11 Aprel 2017 15:52

Metronun “Nizami” stansiyasında yerləşən suxaric qurğularındakı istismar müddəti başa çatan nasos aqreqatları yenilənir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, uzun müddətdir istifadə olunan bu qurğular artıq mövcud tələblərə cavab vermədiyindən, eyni zamanda bu tip nasosların ehtiyat hissələri ilə təmin olunmasında çətinliklər yarandığından, elektrik enerjisindən daha qənaətli istifadəyə və müasir nasos aqreqatları ilə dəyişdirilməsinə zəmin yaranıb.

Tarixçi-alim Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb

11 Aprel 2017 15:50

Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb.

Xalqı qınamaq haqqı

11 Aprel 2017 15:48

Radikal müxalifətin daha bir mitinq cəhdi uğursuzluğa düçar oldu. Milli Şura adlanan qurumun aprelin 8-də paytaxtda keçirdiyi etiraz akyasından bir neçə gün keçsə də, lakin bu istiqamətdə müzakirələr, fikir mübadiləsi hələ də davam etməkdədir. Daha dəqiq desək mitinqə çıxardıqları 300-400 adamın qarşısında danışmaq, yeni bir söz, fikir demək iqtidarında olmayan radikallar mitinqdən sonra sosial şəbəkələrdə onun müzakirəsini təşkil edirlər. Maraqlısı odur ki, bu müzakirələrdə əsas hədəf onların diliylə desək radikalların mitinqinə dəstək verməyən xalqdır. İrəli sürülən iddiaların məğzi ondan ibarətdir ki, xalqı öz taleyinə biganədir və bu səbəbdən etiraz aksiyalarına dəstək vermir. Amma radikallar xalqın onların aksiyalarına nədən dəstək vermədiklərinin əsl səbəbini açıqlamırlar. Belə olan halda isə radikallara bir neçə xatırlatma etmək zərurətə çevrilir. Əvvəla onu qeyd etmək yerinə düşər ki, xalqın radikal düşərgənin etiraz aksiyalarına dəstək verməməsinin bir neçə səbəbi var.

"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"

11 Aprel 2017 15:49

Ötən il müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan, bu qısa dövr ərzində çox böyük uğurlara imza atıb və güclü iqtisadiyatı və sosial-siyasi stabilliyi sayəsində Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Banqladeş prezidenti və Koreyanın baş naziri İlham Əliyevi təbrik ediblər

11 Aprel 2017 15:41

Koreya Respublikası prezidentinin vəzifəsini müvəqqəti icra edən və Baş nazir Hvan KyoanAzərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.