Gündəm

Nazir: “Ermənistana təzyiq göstərilməlidir”

11 Aprel 2017 16:43

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Polşa seyminin sədri Marek Kuçinski ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, M. Kuçinski Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirib və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Azərbaycandanda 9 minə yaxın insanda müxtəlif xəstəliklər aşkarlanıb

11 Aprel 2017 16:39

Səhiyyə müəssisələrində prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 15-dən başlanan tibbi müayinə tədbiri uğurla icra olunur.

Bakıda yetkinlik yaşına çatmayan qız məhkəmə zalında həbs edildi

11 Aprel 2017 16:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Azərbaycanda siqaretdən istifadənin qadağan olduğu yerlərin siyahısı açıqlanıb

11 Aprel 2017 16:34

Azərbaycanda siqaret və digər tütün məmulatlarından istifadənin qadağan olunacağı yerlərin siyahısı açıqlanıb. Bu, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin son variantında əksini tapıb.

Avtomobil nəqliyyatında yükdaşımalar bahalaşıb

11 Aprel 2017 16:29

2017-ci ilin yanvar-mart aylarında 2016-cı ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4 faiz bahalaşıb. Sytatistika Komitəsindən verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5 və 2,7 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7 faiz, dəniz nəqliyyatında 3,0 faiz ucuzlaşıb, avtomobil nəqliyyatında 8,0 faiz bahalaşıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

11 Aprel 2017 16:27

Aprelin 11-də “Excelsior” otelində ölkəmizdə fəaliyyət göstərən turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün Vergilər Nazirliyi ilə  Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi görüş keçirilib. Görüşdə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində qeydiyyatda olan 50-dək vergi ödəyicisi iştirak edib. “Olaylar” xəbər verir ki, tədbiri Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov açaraq  bildirib ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatlar nəticəsində son illərdə təkcə paytaxt Bakıda deyil, respublikamızın regionlarında da turizm fəlaiyyəti ilə məşğul olan iş adamlarının sayı artır, çoxlu turizm obyektləri istifadəyə verililir. Bildirilib ki, bu obyektlər arasında dünya brendləri hesab edilən turizm mərkəzləri və otellər də vardır. İntizamlı vergi ödəyicisi olmağın üstünlüklərinə toxunan N.Cəfərov Departamentin qeydiyyatında olan vergi ödəyiciləri arasında 1 turagentin və 3 otelin şəffaf vergi partnoru statusuna malik olduğunu, daha 2 turagent və 4 otelin bu statusu almaq üçün müraciət etdiyini və hazırda onların göstəricilərinin  təhlil olunduğunu diqqətə çatdırıb.

Növbəti səyyar qəbul keçiriləcək

11 Aprel 2017 16:26

Aprelin 14-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 32 nömrəli tam orta məktəbdə (Ünvan: Özbəkistan küçəsi 3) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Fransalı deputat erməni diaspor üzvünün Azərbaycanla bağlı qərəzli yazısına cavab verib

11 Aprel 2017 16:24

Fransanın www.huffingtonpost.fr portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsi yayılıb.

Bakcell abunəçiləri Azərbaycanın bölgələrində 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar

11 Aprel 2017 16:23

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti daha sərfəli YeniDoğma tarifini təqdim edir. Bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.

Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktorunu qəbul edib

11 Aprel 2017 16:20

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbəə görə, görüşdə ölkələr arasında turizm sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan qardaş Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub.

İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

11 Aprel 2017 16:19

Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərsu” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, bununla əlaqədar 12 aprel 2017-ci il tarixdə saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Binəqədi rayonunda ümumrayon iməcilikləri keçirilib

11 Aprel 2017 16:18

Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində 6-cı mikrorayon, “Dendra” parkın ərazisində, 7-ci mikrorayon Fərman Məlikov adına parkda, Z.Bünyadov prospekti (Xutor y/s) yol ətrafında, Bakı-Şamaxı yolunun Xocasən qəsəbəsində, Bakı-Şamaxı yolunun 28 May qəsəbəsindən keçən hissəsində, Fatmai bağlar massivi, “Dalğa” pansionatının ətrafında, Biləcəri və Binəqədi qəsəbəsi ərazilərində ümumrayon iməcilikləri keçirilib.

Belarusda Azərbaycan gəncləri günü keçirilir

11 Aprel 2017 16:17

Aprelin 9-dan başlayaraq Belarusun Minsk şəhərində Azərbaycan gəncləri gününə start verilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, aprel ayının 12-ə kimi davam edəcək bu tədbirdə Azərbaycanı Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti təmsil edir. Tədbir çərçivəsində Minsk şəhərində Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Belarus Respublikasının Təhsil naziri İqor Karpenkonun yerli ictimai fəal gənclərlə açıq söhbət formatında görüşü keçirildi. Görüş zamanı iştirakçılara hər iki ölkənin gənclərlə iş sahəsi haqqında geniş məlumat verildi.

Fəvvarənin kabellərini oğurlayan tutulub

11 Aprel 2017 16:14

Aprelin 10-da Xaçmaz şəhəri ərazisində yerləşən parkdakı fəvvarəni elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, onun əvvəllər məhkum olunmuş Bəhruz Hacımətov olduğu müəyyən edilib. O, Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib.

Aptekdən pul oğurlayan  saxlandı

11 Aprel 2017 16:13

Suraxanı rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki apteklərdən birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini saxlanıb. Onun əvvəllər məhkum olunmuş Qabil Nağıyev olduğu müəyyən edilib.