Turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib
Aprelin 11-də “Excelsior” otelində ölkəmizdə fəaliyyət göstərən turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün Vergilər Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi görüş keçirilib. Görüşdə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində qeydiyyatda olan 50-dək vergi ödəyicisi iştirak edib. “Olaylar” xəbər verir ki, tədbiri Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov açaraq bildirib ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatlar nəticəsində son illərdə təkcə paytaxt Bakıda deyil, respublikamızın regionlarında da turizm fəlaiyyəti ilə məşğul olan iş adamlarının sayı artır, çoxlu turizm obyektləri istifadəyə verililir. Bildirilib ki, bu obyektlər arasında dünya brendləri hesab edilən turizm mərkəzləri və otellər də vardır. İntizamlı vergi ödəyicisi olmağın üstünlüklərinə toxunan N.Cəfərov Departamentin qeydiyyatında olan vergi ödəyiciləri arasında 1 turagentin və 3 otelin şəffaf vergi partnoru statusuna malik olduğunu, daha 2 turagent və 4 otelin bu statusu almaq üçün müraciət etdiyini və hazırda onların göstəricilərinin təhlil olunduğunu diqqətə çatdırıb.
11 Aprel 2017 16:27 İqtisadiyyatAprelin 11-də "Excelsior" otelində ölkəmizdə fəaliyyət göstərən turagentlər və otel fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün Vergilər Nazirliyi ilə Azərbaycan Turizm Assosiasiyasının birgə təşkil etdiyi görüş keçirilib. Görüşdə Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentində qeydiyyatda olan 50-dək vergi ödəyicisi iştirak edib. "Olaylar" xəbər verir ki, tədbiri Lokal Gəlirlər Departamentinin baş direktoru Nəsimi Cəfərov açaraq bildirib ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi islahatlar nəticəsində son illərdə təkcə paytaxt Bakıda deyil, respublikamızın regionlarında da turizm fəlaiyyəti ilə məşğul olan iş adamlarının sayı artır, çoxlu turizm obyektləri istifadəyə verililir. Bildirilib ki, bu obyektlər arasında dünya brendləri hesab edilən turizm mərkəzləri və otellər də vardır. İntizamlı vergi ödəyicisi olmağın üstünlüklərinə toxunan N.Cəfərov Departamentin qeydiyyatında olan vergi ödəyiciləri arasında 1 turagentin və 3 otelin şəffaf vergi partnoru statusuna malik olduğunu, daha 2 turagent və 4 otelin bu statusu almaq üçün müraciət etdiyini və hazırda onların göstəricilərinin təhlil olunduğunu diqqətə çatdırıb.
Aprelin 10-dan başlayaraq 1 ay müddətində Bakı şəhərində ticarət festivalının keçirildiyi və bu festival zamanı xarici vətəndaşlarla yanaşı yerli əhali tərəfindən də müəyyən olunmuş ticarət obyektlərindən alınmış mallara görə ƏDV-ni geri ala biləcəyi barədə də görüş iştirakçılarına məlumat verilib. Nəticə etibarilə bu festivalların otel, turagent, iaşə və digər sahələrin inkişafına da müsbət təsir göstərəcəyi qeyd olunub. Ölkəmizdə turizm sektorunun inkişafına müsbət təsir göstərən amillərdən biri də 2016-cı ildən etibarən respublikamızda tətbiq edilən "Tax free" sistemidir. Qeyd edilib ki, "Tax free" sisteminin tətbiqi xarici turistlərin ölkəyə cəlb edilməsinə və onların ölkə ərazisində daha çox mal almaqla, pərakəndə ticarətdə satış dövriyyəsinin artırılmasına, ixracyönümlü istehsalın stimullaşdırılmasına, xarici valyutanın ölkəyə axınının artmasına şərait yaradır. "Tax free" sistemində ƏDV-nin qaytarılması üçün əsasən hava limanlarında xüsusi məntəqələr yaradılıb. Bu sistem ölkəmizə gələn turistlər arasında böyük marağa səbəb olub.