Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktorunu qəbul edib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbəə görə, görüşdə ölkələr arasında turizm sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan qardaş Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub.
11 Aprel 2017 16:20 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbəə görə, görüşdə ölkələr arasında turizm sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan qardaş Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub. Nazir Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə olaraq keçirilən Bakı Şopinq Festivalında nümayəndə heyətinin iştirakından məmnun olduğunu bildirərək, Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edildiyini də xüsusi vurğulamışdır. İstanbul Şopinq Festivalının direktoru Hicran Özbük Bakı Ticarət Festivalı istiqamətində görülən işləri yüksək qiymətləndirmiş və ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə etmişdir. Nümayəndə heyəti Bakının görməli yerlərini ziyarət edib, milli mətbəxin təamlarını dadıb və eləcə də Bakı Şopinq Festivalı açılış mərasimində iştirak ediblər.