Ermənistan yeni Konstitusiya üçün referendum həddini aşağı salır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə keçirilən brifinqdə bildirib ki, yeni Konstitusiyanın referenduma çıxarılması üçün tələb olunan deputat səslərinin həddi (hazırda 2/3 hissəsi) azaldılacaq. Nazirin sözlərinə görə, yeni Konstitusiya qəbul edildikdən sonra ona dəyişikliklər yalnız referendum yolu ilə mümkün olacaq və son sözü xalq deməlidir.
Qalyan sənədin "Bakının diktəsi ilə" dəyişdirilməsi barədə iddiaları təkzib edərək, bunun Ermənistanın daxili işi olduğunu və layihənin noyabr ayında dərc ediləcəyini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür. 2026-cı il iyunun 7-də keçirilən seçkilərdən sonra hakim "Mülki Müqavilə" partiyası parlamentdə tələb olunan 2/3 çoxtərəfliyi əldə edə bilməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31