Azərbaycanlı alim ilk dəfə olaraq One World Award müsabiqəsinin laureatı seçilib
11 Aprel 2017 15:45 SosialAMEA - nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayev beynəlxalq One World Award (Vahid Dünya Mükafatı) müsabiqəsinin laureatı seçilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, alim son 20 ildə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına, bu sahənin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) və Almaniyanın RAPUNZEL şirkətinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin ilkin qiymətləndirmə mərhələsində dünya üzrə seçilmiş beş laureat sırasında yer alıb.
Professor Amin Babayevin Azərbaycandakı fəaliyəti ilə tanış olmaq məqsədilə IFOAM təşkilatı və RAPUNZEL şirkətinin nümayəndələri ölkəmizdə səfərdədirlər.