TİKA-nın koordinatoru Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbiniin rektoru Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib.

Bakı Ali Neft Məktəbiniin rektoru Elmar Qasımov və Türkiyə Respublikası Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa, agentliyin koordinator müavini Mehmet Ali Yetiş və əməkdaşı Abbas Hümbətov arasında görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə TİKA-ın fəaliyyət istiqamətləri, əməkdaşlıq perspektivləri müzakirə olunub. BANM-in rektoru Elmar Qasımov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcud olduğunu bildirib. TİKA tərəfindən Ali Məktəbin əməkdaşları üçün menecment və universitetlərin idarə olunması sahəsində təlim imkanlarının araşdırılması barədə söz açıb. TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Adəm Urfa agentliyin Azərbaycanda iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələr haqqında məlumat verib. Bildirib ki, TİKA-nın dünyanın 54 ölkəsində yüzdən çox ofisi fəaliyyət göstərir. Görüşdə BANM ilə TİKA arasında konkret əməkdaşlıq sahələri barədə razılıq əldə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31