Xalqı qınamaq haqqı
Radikal müxalifətin daha bir mitinq cəhdi uğursuzluğa düçar oldu. Milli Şura adlanan qurumun aprelin 8-də paytaxtda keçirdiyi etiraz akyasından bir neçə gün keçsə də, lakin bu istiqamətdə müzakirələr, fikir mübadiləsi hələ də davam etməkdədir. Daha dəqiq desək mitinqə çıxardıqları 300-400 adamın qarşısında danışmaq, yeni bir söz, fikir demək iqtidarında olmayan radikallar mitinqdən sonra sosial şəbəkələrdə onun müzakirəsini təşkil edirlər. Maraqlısı odur ki, bu müzakirələrdə əsas hədəf onların diliylə desək radikalların mitinqinə dəstək verməyən xalqdır. İrəli sürülən iddiaların məğzi ondan ibarətdir ki, xalqı öz taleyinə biganədir və bu səbəbdən etiraz aksiyalarına dəstək vermir. Amma radikallar xalqın onların aksiyalarına nədən dəstək vermədiklərinin əsl səbəbini açıqlamırlar. Belə olan halda isə radikallara bir neçə xatırlatma etmək zərurətə çevrilir. Əvvəla onu qeyd etmək yerinə düşər ki, xalqın radikal düşərgənin etiraz aksiyalarına dəstək verməməsinin bir neçə səbəbi var.
11 Aprel 2017 15:48 SiyasətRadikallar bu haqqdan tamamilə uzaqdırlar

Birincisi, xalq sözügedən düşərgənin fəaliyyətinin Azəbaycanın milli maraqlarına qarşı yönədlyini aydın şəkildə görür. Hər addımlarında Azərbaycanın imicinə zərbə vurmağa, onu nüfuzdan salmağa çalışan radikal müxalifətin hətta maddi və şəxsi maraqlar naminə erməni lobbisinə xidmət edən dairələrlə belə işbirliyinə getdiyi hər kəsə məlumdur. Ona görə də radikal müxalifətin keçirdiyi aksiyalara cəmiyyət dəstək vermir.
İkincisi, radikalların qeyd etdiyi kimi xalq heç də öz taleyinə biganə deyil. Azərbaycan xalqı gözəl dərk edir ki, radikal düşərgənin mitinq cəhdləri ölkədə siyasi sabitliyi pozmağa, Azərbaycanı ərəb baharının yaşandığı ölkələrdən birinə çevirməyə hesablanıb. Azərbaycan xalqı isə öz taleyinə biganə qalmadığı üçün ictimai-siyasi sabitliyin pozulmasına yönəlik cəhdləri dəstəkləmir.
Üçüncüsü, Azərbaycan xalqı bu günə qədər radikal düşərgədən bir dənə də olsun müsbət addım görməyib. Hətta ümummilli məsələ hesab edilən Dağlıq Qarabağ probleminin həllində belə radikallar tamamilə fərqli mövqe nümayiş etdirib milli maraqlara zidd mövqe sərgiləyirlər. Uzağa getməyə ehtiyac yoxdur. Bu günlərdə təntənəli şəkildə ildönümünü qeyd etdiyimiz Aprel hadisələri zamanı bunun əyani şahidi olduq. Həmin günlər Azərbaycan xalqının mütləq əksəriyyəti Silahlı Qüvvələrimizin həyata keçirdiyi uğurlu hərbi əməliyyatdan ruhlanıb ona dəstək nümayiş etdirdiyi halda, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli
cəbhədə gedən gərgin döyüşlər fonunda Azərbaycan hakimiyyətini tənqid etməklə erməni kütləvi informasiya vasitələrinin ulduzuna çevrildi.
Dördüncü, radikal müxalifət cəmiyyətə özlərinə xas davranış, hərəkət vəd edirlər ki, bu da cəmiyyət tərəfindən qəbul edilməyən bir tendensiyadır. Elə 8 aprel aksiyası zamanı da bunun əyani şahidi olduq. Müəyyən şirnikləşdirici vədlərlə "Məhsul" stadionuna yığdıqları insanlara sözün həqiqi mənasında tərbiyəsizlik, mədəniyyətsizlik təbliğ etdilər. Mitinqdə əksini tapmış olan "Metroda öpüşə imkan verin" şüarı belə deməyə əsas verir. Bütün bunları nəzər alaraq qətiyyətlə demək mümkündür ki, radikal müxalifətin xalqın adından danışmağa zərrə qədər də olsa haqqı yoxdur. Xalq adından danışmaq haqqı yalnız xalq üçün çalışanlar, onun maraqlarını qoruyanlara aiddir.
Radikal müxalifətin xalqı aksiyalarda iştirak etməməkdə günahlandırması siyasilər tərəfindən də etirazla qarşılanıb. Müstəqil ekspert Rövşən Məmmədli bildirib ki, mitinq iştirakçılarının bəzilərinin xalqı mitinqə gəlməməkdə suçlaması, iradlar bildirməsi, hətta aşağılaması qəbuledilməzdir və olduqca zərərli bir haldır. Onun sözlərinə görə, milləti yaxşıya, pisə, bacarıqlıya. bacarıqsıza, fəal, qeyri-fəala bölmək olmaz: "Mitinqə gəlib ya gəlməmək nə vaxtdan millətin fəallığının, ya qeyri-fəallığının tərəzisi olub. Gəlin xırda hisslərimizin acılarını xalqımızın üzərinə tökməyək". Rövşən Məmmədli qeyd edib ki, bu gün Qarabağ məsələsi yeganə sıxıntımızdır və bütün milləti bir araya və bir mitinqə gətirə bilər: "Qalan nə məsələ qaldirilsa, ona müəyyən qulplar qoyulacaq. Nə partiyalar, nə də xalq bir araya gələ bilməyəcək. Bunu birdəfəlik bilmək lazımdır". Ekspert deyib ki, meydan hərakatında ilk tonqalı alovlandıram şəxs olub və polis orqanında vəzifəsini, rütbəsini ataraq xalq hərəkatına qoşulan şəxslərdən olub: "Nisbətən yaşlı cəbhəçi nəsil yaxşı bilir ki, Rövşən Məmmədlinin buraxdığı mitinq olmayıb. Nəinki olmayıb, hətta o mitinqlərin təşkilinin fəal iştirakçısı olmuşam. Sadəcə mənim rəhbərlik etdiyim partiya Milli Şuranın üzvü deyil və bu mitinqi də Milli Şura çağırımışdı. Bizim partiya da ora dəvətli deyildi. Bu gün mitinqlə nəyi isə həll etməyin mümkünsüzlüyü günəş kimi aydın olduğu dövrdə kimisə mitinqə getməməkdə qınamaq, ya aşağılamaq olduqca yanlış haldır. Sosial şəbəkədə bir qardaşımız yazır ki, "Mitinqə gəlməyən xalqı yer üzündən silmək lazımdır". Bax bu cür yanaşma bir millətçi kimi, xalqımın birliyinə zərər vuracaq. Bu qorxulu hal kimi məni narahat edir. Biz bu gün zərərli olan halları aradan qaldırmaq üçün səmimi olaraq bir-birimizə iradlarımızı deməliyik. Ötən ilin aprel ayının əvvəllərində Qarabağ üçün şahə qalxan xalqı nədəsə qınamaq düz deyil". Rövşən Məmmədli bildirib ki, mitinqə adamların az ya çox gəlməyi əsas deyil: "Əsas odur ki, .mitinq xalqa hansı ideyanı verdi, hansı sıxıntının çıxış yolunu göstərdi. Məni narahat edən mitinqə gəlməməkdə xalqı qınamaqdır".
S.İsmayılbəyli