“Nizami” stansiyasına müasir nasos aqreqatları quraşdırılır
Metronun “Nizami” stansiyasında yerləşən suxaric qurğularındakı istismar müddəti başa çatan nasos aqreqatları yenilənir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, uzun müddətdir istifadə olunan bu qurğular artıq mövcud tələblərə cavab vermədiyindən, eyni zamanda bu tip nasosların ehtiyat hissələri ilə təmin olunmasında çətinliklər yarandığından, elektrik enerjisindən daha qənaətli istifadəyə və müasir nasos aqreqatları ilə dəyişdirilməsinə zəmin yaranıb.
11 Aprel 2017 15:52 SosialMetronun "Nizami" stansiyasında yerləşən suxaric qurğularındakı istismar müddəti başa çatan nasos aqreqatları yenilənir. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, uzun müddətdir istifadə olunan bu qurğular artıq mövcud tələblərə cavab vermədiyindən, eyni zamanda bu tip nasosların ehtiyat hissələri ilə təmin olunmasında çətinliklər yarandığından, elektrik enerjisindən daha qənaətli istifadəyə və müasir nasos aqreqatları ilə dəyişdirilməsinə zəmin yaranıb. İlk olaraq, "Nəsimi" stansiyasının tikintisi zamanı oradakı qurğularda tətbiq edilən nasoslar müasir tələblərə tam cavab verdiyinə, həmçinin Bakı metropoliteninin tunellərindəki aqressiv mühitin təsiri şəraitində özünü doğrultduğuna görə, köhnə nasosları onlarla əvəz etmək barədə metropoliten rəhbərliyi tərəfindən qərar qəbul edilib. Bu günə qədər metropolitenin suxaric qurğularındakı nasosların təxminən 15 faizi yeni tipli nasoslarla əvəz edilib. Hal-hazırda isə "Nizami" stansiyasında bu tip nasosların quraşdırılmasına başlanılıb. Qeyd edək ki, gələcəkdə metropolitenin digər suxaric qurğularında da yeni tipli nasos aqreqatları və idarəetmə şkafları quraşdırılacaq.