Cavad Heyətin guşəsi yaradıldı
11 Aprel 2017 15:46 SosialAMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah, Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü, professor Cavad Heyətin guşəsi yaradılıb.
Akademiyadan "Olaylar" - a bildirilib ki, guşədə böyük hikmət sahibi C.Heyətin abidəsi ilə yanaşı, onun şərəfli ömür yolu ilə bağlı fotolar, sənədlər, xatirə əşyaları da yer alıb. Abidənin müəllifi Azərbaycanın tanınmış heykəltəraşı, xalq rəssamı Natiq Əliyevdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31