Tillerson: "Suriyada yenidən kimyəvi silahdan istifadə edilməsinə imkan verməyəcəyik"

ABŞ Suriyada kimyəvi silahdan yenidən istifadə edilməsinə imkan verməyəcək.  Bu sözləri ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, ABŞ kimyəvi silahın İŞİD-in əlinə keçməsinə də imkan verə bilməz.

Qeyd edək ki, aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-nə keçən gecə ABŞ-ın Aralıq dənizindəki iki hərbi gəmisindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Apa.az "Reuters"ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31