İşğalçı ölkənin Azərbaycan qorxusu
Azərbaycanın siyasi və diplomatik gücü ilə bərabər hərbi qüdrətinin də artması işğalçı Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusilə bu narahatçılıq keçən ilin aprel ayından özünü açıq şəkildə büruzə verməkdədir. Uzun illərin acı məğlubiyyətindən sonra Azərbaycan Silahlı Qüvvələrinin keçən ilin 2-4 aprel tarixlərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyat Ermənustan rəhbərliyində bir məsələdə də qəti əminlik yaratdı ki, Azərbaycan tərəfinin güclü hərbi potensialı olması barədə səsləndirdiyi bəyanatlar boş sözlər deyil və bu bəyanatların arxasında real güc, qüvvə dayanır. Bu mənada aprel hadisələrini Ermənistan üçün bir dərs kimi də qiymətləndirmək doğru olardı. Elə bu səbəbdəndir ki, Ermənistan hakimiyyəti almış olduğu dərsdən nəticə çıxararaq aciz şəkildə atəşkəs tərəfdarı olduğunu bəyan etdi. Və beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələri dövriyyəyə soxaraq məhv olmasına doğru gedən hərbi əməliyyatları dayandımaq şansı qazandı.
11 Aprel 2017 15:25 Siyasətİlham Əliyev: "Ermənistan danışıqları dayandırmağa çalışır"
Azərbaycanın siyasi və diplomatik gücü ilə bərabər hərbi qüdrətinin də artması işğalçı Ermənistanı ciddi şəkildə narahat etməyə başlayıb. Xüsusilə bu narahatçılıq keçən ilin aprel ayından özünü açıq şəkildə büruzə verməkdədir. Uzun illərin acı məğlubiyyətindən sonra Azərbaycan Silahlı Qüvvələrinin keçən ilin 2-4 aprel tarixlərində erməni təxribatına cavab olaraq həyata keçirdiyi uğurlu hərbi əməliyyat Ermənustan rəhbərliyində bir məsələdə də qəti əminlik yaratdı ki, Azərbaycan tərəfinin güclü hərbi potensialı olması barədə səsləndirdiyi bəyanatlar boş sözlər deyil və bu bəyanatların arxasında real güc, qüvvə dayanır. Bu mənada aprel hadisələrini Ermənistan üçün bir dərs kimi də qiymətləndirmək doğru olardı. Elə bu səbəbdəndir ki, Ermənistan hakimiyyəti almış olduğu dərsdən nəticə çıxararaq aciz şəkildə atəşkəs tərəfdarı olduğunu bəyan etdi. Və beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələri dövriyyəyə soxaraq məhv olmasına doğru gedən hərbi əməliyyatları dayandımaq şansı qazandı.
Ermənistan üçün ikinci bir dərs isə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bağlı sərəncam imzalaması oldu. Açığını deyək ki, məlum sərəncama qədər Ermənistanın qaniçən rəhbərliyi aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş ərazilərimizin yenidən işğalçıların nəzarətinə keçəcəyi ümidi ilə yaşayırdı. Elə aprel döyüşlərindən bir neçə gün sonra Dağlıq Qarabağa səfər edən Serj Sərkisyan da erməni hərbiçiləri qarçısında çıxışı zamanı belə sərsəm bəyanatlar vermişdi. Paralel olaraq Ermənistan rəhbərliyi çalışır və Minsk qrupunun vasiəsilə ilə buna nail olmağa cəhd göstərirdi ki, bundan sonrakı danışıqlar prossinin müzakirə predmetlərindən biri də məhz Azərbaycan Silahlı Qüvvələrinin əvvəlki mövqelərinə qayıtması olsun. Yəni aprel ayında düşməndən azad edilmiş ərazilər yenidən düşmən işğalı altına keçsin. Ancaq Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məlum sərəncamı isə işğalçı ölkə rəhbərliyinin bu illiüziyalarını da tamamilə boşa çıxardı. Həmçinin bu addım Ermənistan rəhbərliyində, eləcə də sadə ermənilərdə o əminliyi yaratdı ki, Azərbaycan ərazilərinin işğal altında qalması ilə heç vaxt barışmayacaq və bu gün Cocuq Mərcanlını bərpa edən Azərbaycan, bir müddət sonra anoloji addımları işğal altında digər əraziləri azad etməklə atacaq. Buna hər kəs əmindir. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bunu açıq şəkildə vurğuladı. Cocuq Mərcanlı kəndinin bərpasını da tarixi hadisə adlandıran dövlət başçısı, bu gün orada yeni qəsəbənin salındığını, ilkin mərhələdə 50 evin tikildiyini, yeni yolun salındığını, məscidin inşa olunduğunu, sonrakı mərhələdə daha 150 evin tikintisinin nəzərdə tutulduğunu qeyd edib. Prezident bildirib ki, bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etdikdən sonra bütün şəhər və kəndləri yenidən quracağını nümayiş etdirir: "Bununla yanaşı, bu, bir daha
göstərir ki, 20 ildən çoxdur doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıtmaq arzusu ilə yaşayırlar". Elə bunun göstəricisidir ki, keçən ilin aprel ayında yalvarışlarla atəşkəs istəyən, Azərbaycandan döyüşləri dayandırmağı xahiş edən Ermənistan rəhbərliyi artıq danışıqlar prosesinə zərbə vurmaq, ona mane olmaq cəhdlərinə başlayıb. Düzdür, əvvəllər də Ermənistanın bu və ya digər hakimiyyətləri problem həll olmaq mərhələsinə yetişəndə anoloji pozuculuq addımı atıblar. Və bu dəfə də eyni proses davam edir. Ermənistan rəhbərliyi maksimum dərəcədə çalışır ki, danışıqlar prosesi dayandırılsın. Elə məlum müşavirədə Prezident İlham Əliyev də İrəvanın belə bir mövqedə olduğunu açıq şəkildə ifadə edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin cari ilin birinci rübündə də diqqət mərkəzində olduğunu deyən dövlət başçısı onu da bildirib ki, ancaq Ermənistan danışıqları dayandırmağa çalışır. İşğalçı ölkənin buna nail ola bilməyəcəyini deyən Prezident İlham Əliyev bildirib ki, Minsk qrupunun həmsədr ölkələri də status-kvonun qəbuledilməzliyini bir neçə dəfə bəyan ediblər: "ATƏT-in Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir". BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır: "Ermənistanın bütün cəhdlərinə baxmayaraq, onların qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib". Azərbaycanın gündən-günə gücləndiyini və gec-tez bu məsələnin ədalətli həll olunacağına əminliyini bildirən Prezident İlham Əliyev Dağlıq Qarabağda keçirilən qondarma "referendum"u qeyd edib, prezident bu "referendum"u keçirməklə Ermənistanın bir daha özünü biabır etdiyini vurğulayıb: "Dərhal qonşu ölkələr, Minsk qrupuna həmsədr olan ölkələr, Avropa İttifaqı və bir çox digər ölkələr bu "referendum"u pislədilər və tanımadıqlarını dedilər. Bütün beynəlxalq aləm "referendum"u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini göstərmiş oldu". Prezident İlham Əliyev məsələ ilə bağlı ölkəmizin digər uğurunun Dağlıq Qarabağa qanunsuz səfər etmiş, xaricdə saxlanılan əcnəbi vətəndaşın bütün dünyanın gözü qarşısında Azərbaycana təhvil verilməsinin olduğunu qeyd edib. Prezident İlham Əliyev əminliklə bildirib ki, bu, həm bizim qanunlarımızı kobudcasına pozan şəxsə, həm də onun kimilərinə dərs oldu.
Prezident İlham Əliyev məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, bu il də köçkünlər üçün yeni qəsəbələr salınır. Onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək: "Bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər". Bu prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq hazır binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün bu məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır və Azərbaycan bu potensialı yaradıb: "Bunu 2017-ci ilin birinci rübünün yekunları da göstərir".
Süleyman