Uşaq əməyinin istismarı niyə artır?
Azərbaycanda insan alveri ilə əlaqədar cinayətlərin sayının artması müşahidə olunur. Xüsusən, uşaq əməyinin istismarı halları nəzərəçarpacaq dərəcədə artıb.
11 Aprel 2017 15:03 Sosialİnsan alverinə cəlb olunanlar sosial medianın qurbanlarıdır
Azərbaycanda insan alveri ilə əlaqədar cinayətlərin sayının artması müşahidə olunur. Xüsusən, uşaq əməyinin istismarı halları nəzərəçarpacaq dərəcədə artıb. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator parlamentdə hesabatı zamanı bildirib ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib: "Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib. "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında insan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 qurbana və 450 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 3 uşağa aliment ödənilməsində, 2 uşağa doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib, daha 7-i "Azərbaycan Uşaq Birliyi"nin nəzdindəki sığınacağa yerləşdirilib". Maraqlıdır, Azərbaycanda insan alverinə qarşı kompleks şəkildə mübarizə aparıldığı bir məqamda bu tipli cinayətlərin sayının aertmasına səbə olan amillər hansılardır?

Millət vəkili Qənirə Paşayeva bildirib ki, insan alveri ilə mübarizə bir o qədər də asan məsələ deyil. Çünki ortada böyük gəlirlər, arxasında isə cinayətkar şəbəkə var. Onlar nəyin vasitəsinə olursa olsun, bu ticarətdən əl çəkmək barədə düşünmürlər. Odur ki, bütün dünyada insan alverinə qarşı mübarizə ciddi məsələlərdən hesab olunur: "İnsan alverinə qarşı mübarizəyə dair illik hesabata əsasən Azərbaycanda əvvəlki illə müqayisədə 2,6 faiz, rəqəmlə isə 141 nəfər insan alverinin qurbanı açkarlanıb. Təkcə bu fakt deməyə əsas verir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə tədbirləri daha da sərtləşməlidir. Təbii ki, bu mübarizədə vətəndaş cəmiyyətləri, media, hüquq mühafizə orqanlarının hamısı birlikdə səylərini artırmalıdır". Q. Paşayeva hesab edir ki, insan alverinə qarşı mübarizədə inzibati tədbirlərlə paralel olaraq insan alveri qurbanlarına dəstək, onların reabilitasiyası da önəmlidir: "Mütərəqqi haldır ki, prezident İlham Əliyevin 2016-cı il fərmanı ilə ölkədə İnsan Alveri Qurbanlarının Sosial Reabilitasiyası Mərkəzi yaradılıb, belə mərkəzlərin fəaliyyətinə nəzarət ciddi bir vəzifə kimi müəyyən edilib. Maraqlı məqamlardan biri ondan ibarətdir ki, aşkarlanan, sosial reabilitasiyaya cəlb olunan insan alveri qurnbanlardan təkarlanan varmı? Varsa, bunun səbəbi nə ilə bağlıdır? Çünki, belə halların nəzərə alınması insan alverinə qarşı mübarizəni asanlaşdıra bilər. Əgər insan alverinə görə cəza alan şəxs yenidən cinayətkar əməlini təkrar edirsə, deməli sanksiyalar daha da sərtləşdirilməlidir". Millət vəkili bildirib ki, çox təssüf ki, uşaq əməyinin istismarı ötən illə müqayisədə daha da artıb. Xüsusən, küçə həyatına məruz qalan, dilənçiliik edən və qeyri-qanuni oğurluğa cəlb edilən 600-ə qaxın azyaşlı müəyyən edilib: "Əgər belələrinə qarşı tədbir görülürsə, lakin on gündən sonra yenidən belə hallar təkrar olunursa, azyaşlı uşaqlar dilınçiliyə, qeyri-qanuni əməyə cəlb olunursa, artıq onlara qarşı mübarizə üsulları dəyişdirilməlidir. Hesab edirəm ki, belə halların qarşısını almaq məqsədilə Azərbaycan parlamenti Uşaqların Cinsi İstismardan və Zorakılıqdan Müdafiəsi haqqında Avropa Şurasının Konvesiyasını ratifikasiyası etməli və uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyadan qorunması haqqaında qanunun qəbul olunması vacibdir".

Deputat Tahir Kərimli qeyd edib ki, ölkədə insan alverinə qarşı mübarizə sahəsində olduqca ciddi nəticələr əldə edilib. Buna baxmayaraq bir sıra hallarda leqal, yaxud qeyri-leqal yollarla miqrantlar ucuz əməyə cəlb edilir. Nəticədə bizim özümüzün əməkçilərimizin hüquqları pozulur, iş tapa bilmirlər. Onun sözlərinə görə, uşaq əməyinin istismarı xüsusi narahatçılıq yaradır: "Artıq necənci ildir ki, Milli Koordinatorun hesabatında göstərilir ki, Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılığıdan Müdafiə haqqında Avropa Şurasının Konvesiyasına qoşulması ilə bağlı hüquqi sənədlər hazırlanır. Ancaq indiyə qədər həmin sənəd hazırlanıb başa çatmayıb. Odur ki, 2015-ci ildə 450, 2016-cı ildə isə 600-ə yaxın uşaq dilənçilik, küçə həyartı və qeyri-qanuni əməyə cəlb edilmə ilə bağlı fakt müəyyən edilib. Digər məsələ uşaqların təlim-tərbiyyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, yaxud, uşaqları hüquqazidd əməllərə cəlb edən valideyinlərin inzibati tənbehi ilə bağlı statistika 200-dən 240-a yüksəlib. Ən ciddi və narahatçılıq yaradan hallardan biri də ondan ibarətdir ki, 2015-ci illə müqayisədə insan alveri ilə bağlı cinayətlərin sayı 22 faiz artıb.O baxımdan insan alverinə qarşı mübarizəsə əldə olunan naliyyətlərlə yanaşı, onları yaradan səbəb və şəraitin də ciddi şəkildə təhlilinə ehtiyac var".

Millət vəkili Zahid Oruc deyib ki, insana əşya, əmtəə kimi baxılması tendensiyası dünyanın hər yerində var. Ona görə də buna qarşı bir ölkə ayrılıqda mübarizə apara bilməz. Bu baxımdan da bu mübarizə qlobal səylər tələb edir. Əsas məsələ ondan ibarətdir ki, araşdırılmasına ehtiyac var ki, insan alverinin səbələri haradan qaynaqlanır: "Məlumdur ki, ilk növbədə əməyin istismarı ilk növbədə internet resursları üzərindən həyata keçirilir. Bər sıra xarici ölkələrdə adi bir qəzetə internet resursları vasitəsilə daxil olsaq görəcəyik ki, Azərbaycanla bağlı reklam şitləri əksini tapıb. Həmin reklamlar vasitəsilə insanlara 15-20 min maaş vəd edirlər. Məlum şeydir ki, hansısa nazirliyin elə bir xüsusi imkanı yoxdur ki, hər gün belə reklamı verən qurumların lisenziyalı olub olmamasını elan etsin. Ona görə də belə çirkətlərin qanunu fəaliyyət göstərməsi, əmək müqaviləsi, əmək haqqı, iş rejimi barədə dəqiq məlumat almaq müəyyən çətinliklər yaradır. Bu kimi fəaliyyət və təbliğatdan isə qul əməyi yaranır". Deputat əlavə edib ki, bundan başqa terrror və din şəbəkələri tərəfindən də insanların fiziki və əmək istismarı sosial şəbəkələr vasitəsilə həyata keçirilir: "Bu problem hələ də qalmaqda qavam edir. İnsanlar Türkiyə vasitəsilə Suriyaya gedir, oradan da həyat yoldaçlarına çağırış edirlər ki, "sən də gəl". Şübhəsis ki, belələri sosial medianın qurbanlarıdır. Məslənin digər tərəfi soydaşlarımızın xaricdə ailə qurması ilə bağlıdır. Məlum olduğu kimi biz miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirmişik. Lakin Türkiyədə minlərlə azərbaycanlı ailə qurub. Qanunvericiliyə görə, onlar Azərbaycan vətəndaşlığını itirirlər, çünki ölkə Konstitusiyası ikili vətəndaşlığı qəbul etmir. Lakin 2014-cü ilə qədər belə insanlara liberal bir yanaşma var idi. Belə insanlar ölkəmizin vətəndaşlığını qəbul etmək problemi qarşısında qalanda cinayətkar şəbəkənin qurbanına çevrilə bilirlər. Odur ki, miqrasiya qanunvericiliyində bu məsələyə yenidən baxmalıyıq. Bununla yanaşı, oğru dünyası, kriminal avtoritetlərin media məkanında həddindən artıq təbliğatı, az qala onlara sitayiş olunması, onların kultlaşdırılması, rəsmi legitim orqanlar əvəzinə, məhkəmə, hüquq mühafizə orqanlar əvəzinə onların qələmə verilməsi bu sahədə problemlərdən biridir".

Millət vəkili, Milli Məclisin hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, insan alverinə qarş mübadizə üzrə hesabat məcbri əməyə qarşı mübarizədə cavabdeh olan bütün dövlət orqanlarının məlumatının bir məcmuəsidir: "Bu baxımdan bəzi sahələrdə statistik artımın olmasına pozitiv yanaşmalıyıq. Çünki, zamanında baş verən belə hadisələr ya müvafiq orqanlar, ya da insan alveri qurbanları tərəfindən qabardılmayıb, belə cinayət əməlləri aşkarlanmayıb. İndi isə aşkarlıqın nəticəsidir ki, bütün hallar aşkarlanır. Onlar barədə parlamentə və digər dövlər orqanlarına məlumat verilir. Əsas odur ki, bu faktlar bəllidir və ona qarşı mübarizə aparılır. Hesabatın müsbət məqamlarından biri ondan ibarətdir ki, aidiyyatı prqanlar insan alverinə qarşı mübarizəyə üstünlük verirlər. Amma, eyni zamanda qanunverisilikdə edilən dəyişiklilklər və müvafiq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər deməyə əsas verir ki, ölkədə insan alverinin qarısının alınması istiqamətində ciddi iradə var, cinayət təqibi həyata keçirilir, cinayətkarlar aşkarlanır və cəzalandırılır".
Alim