Əli Kərimli müxalifəti necə parçaladı?
Əli Kərimlinin rəhbəri olduğu AXCP və Milli Şuranın birgə keçirdiyi 8 aprel mitinqi müxalifət düşərgəsində qarşıdurmaya səbəb olub. Belə ki, həm mitinqin keçirilmə vaxtı, həm də aksiyada işirakçıların tərkibi sözügedən düşərgədə qarşılıqlı ittihamlarla müşahidə olunub. Müxalifət təmsilçiləri mitinqin vaxtının düzgün seçilməməsi, eləcə də aksiyaya qatılan insanların sayının kifayət qədər az olduğunu əsas gətirərək onun heç bir təsir imkanına malik olmadığını bəyan ediblər.
11 Aprel 2017 15:29 SiyasətAprel mitinqi bu düşərgəni üz-üzə qoyub
Əli Kərimlinin rəhbəri olduğu AXCP və Milli Şuranın birgə keçirdiyi 8 aprel mitinqi müxalifət düşərgəsində qarşıdurmaya səbəb olub. Belə ki, həm mitinqin keçirilmə vaxtı, həm də aksiyada işirakçıların tərkibi sözügedən düşərgədə qarşılıqlı ittihamlarla müşahidə olunub. Müxalifət təmsilçiləri mitinqin vaxtının düzgün seçilməməsi, eləcə də aksiyaya qatılan insanların sayının kifayət qədər az olduğunu əsas gətirərək onun heç bir təsir imkanına malik olmadığını bəyan ediblər. Artıq media orqanları və sosial şəbəkələrdə AXCP lideri Əli Kərimli ciddi tənqid olunmaqdadır. Sanki yaranmış fürsəti əldən vermək istəməyən müxalifət nümayəndələri söz davasına çıxıblar. Qeyd edək ki, Ə.Kərimli və onun rəhbərlik etdiyi partiyanın qınaq obyektinə çevrilməsində Musavat təmsilçiləri xüsusi canfəşanlıq nümayiş etdirilər. Əslində isə Musavat və AXCP üzvlərinin bir birilərinə yönəlik yazıları ikrah hissi doğurur. Belə məlum olur ki, uzun illər tərədaş olan bu siyasi təşkilatlar bir-birinin qanına susayıbmış. Odur ki, məqsədləri eyni olanlar bir birilərinin uğursuzluqlarını toy-bayram kimi qeyd edirlər. Yeri gəlmişkən xatırladaq ki, AXCP-Milli Şuranın birgə aksiyasının uğursuz alınması əslində digər müxalifət partiyalarının xeyrinə işləyir. Çünki, mitinqin belə sönük alınması Ə.Kərimlinin özünü "müxalifət lideri" kimi təqdim etmək istəyini heçə endirdi. Üstəlik Mili Şurada təmsil olunan siyasi qüvvələrin imicini sıfıra endirdi. Bu isə uzun illərdən bəri "ana müxalifət" uğrunda mübarizə aparan Musavat Partyası üçün göydən düşmə kimidir. Digər tərəfdən aksiyada AXCP ilə həmfikir olan siyasi qüvvələrin aksiyaya qatılmaması da ciddi şübhə doğurur. Əslində eyni yolda xəyanət, haqsızlıq, təhqir görənlərin dərs çıxarması normal qəbul edilməlidir. Mitinqə yüz minlərin yox, minlərin, özü də eyni adamların çıxmasının səbəbi də çox maraqlıdır. Məsələn, mirinqə REAL-çıların qoşulmaması səbəbi indinin özünə qədər qaranlıq olaraq qalır. Maraqlı qüvvələr isə sosial şəbəkələrdə baməzə statuslar yazmaqla həmin qüvvləri AXCP ilə üz-üzə qoymağa çalışırıar. Məsələn, Milli Şuranın üzvü kinorejissor, Ziyalıların Cəmiyyətinin sədri Eldəniz Quliyevin "İlqar Məmmədov tezliklə azad edilməsə... REAL-ın əksər funksionerləri oriental rəqs ustasına çevriləcəklər... Hörmətlə!" məzmunda statusunu qətiyyən təsadüfi hesab etmək omaz. Axı, adi qaydada özünə hörmət edən şəxs heç bir halda əsası olmadan mitinqdə iştirak etməyənləri təhqir etməz. Deməli, aysberqin görünməyən tərəfi müxalifət düşərgəsində atəşkəsi pozmağa nail ola bilib. Onu da qeyd edək ki, gözəgörünməyən qüvvələr sırasında xarizi anti-Azərbaycan dairələri üstünlük təşkil edir. Əldə etdiyimiz məlumata görə, ABŞ-ın, Avropanın xüsusi xidmət orqanları insanları ən müxtəlif üsullarla mitinqə təhrik etməyə çalışıblar. Hətta bununla bağlı konkret faktlar da var. Məsələn, Sivil Toplum Platformasının təmsilçisi Samir Kazimli qeyd edib ki, ölkədə mitinq keçiriləcəyi barədə məlumatı xarici dairələrin təmsilçilərindn alıb: "Ayın 7-də axşam qara qüvvələrin - ABŞ-ın, Avropanın adamları mənə zəng vuraraq içməyə dəvət etdilər və mən də gedib içdim. İçəndən sonra bildim ki, ayın 8-i mitinqdir. Artıq gec idi, sonra gəlib evdə içməyə davam etdim. Və içdiyimə görə də mitinqə getmədim, günaha batmaq istəmədim, axirətdəki məhkəmədən qorxdum.Günahın hamısı ABŞ-la Avropadadır". Belə məlum olur ki, Ə.Kərimlinin uğursuzluğunu görən müxalifət partiyaları "bir güllə ilə iki dövşan vurmaq" həvəsinə düşüblər. Birinci, AXCP-Milli Şuradan kənarda qalan qüvvələri öz ətraflarına cəmləmək, ikinci isə Qərbin mitinqə ayırdığı pul dağarcuğuna sahib çıxmaq. Ancaq proseslərin gedişi deəyə əsas verir ki, İstər Musavat, istərsə də digər partiyaların bu cəhdləri elə arzu olaraq qalacaq. Çünki, ortada olan müxalifət təmsilçiləri onlarla olmayanlara satqın, qorxaq, işverən, agent deyə-deyə özləri pis günə qalıblar. Başqa sözlə, artıq ənənəvi müxalifət liderlərinin sonu çatıb. Artıq müxalifət dərk etməlidir ki, intriqalarla, başqalarını təhqir etməklə, böhtan atmaqla, oyunbazlıqla uğur qazanmaq yazılmamış qanundur. Ancaq xalq yaxşı bilir ki, hazırda müxalifətdə təmsil olunanlardan kimisi əqidəsini siyasi partiyaya, kimisi paketə, kimisi obyektə, kimisi parlament mandatına satıb. Elə bu səbədən də insanlar 30 ilə yaxındır meydanda olanlardan yorulub, onlara inanmır, bundan sonra da inanmayacaq. Çünki onların böyük əksəriyyəti bu xalqı aldadıb, onun səmimiliyini öz şəxsi maraqları, ambisiyalarına qurban verib.
Zəka