Qarabağı cənnətə çevirmək planı hazırdır

Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez torpaqlarını düşmən tapdağından azad edəcək. Üstəlik qısa zaman kəsiyində soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün lazım olan bütün infrastruktur yaradılacaq.

İşğaldan azad olunacaq ərazilərdə infrastruktur ən yüksək səviyyədə qurulacaq

Aprel hadisələri bir daha göstərdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Gec-tez torpaqlarını düşmən tapdağından azad edəcək. Üstəlik qısa zaman kəsiyində soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması üçün lazım olan bütün infrastruktur yaradılacaq. Artıq Cocuq Mərcanlı nümanəsi var ki, dediklərimizi bir daha təsdiq edir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına uyğun olaraq tikinti işləri uğurla davam etdirilir. İnşaat işlərinə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Artıq evlərdə hörgü işləri başa çatıb. 30-dan artıq evin dam örtüyü vurulub, su xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Hazırda digər evlərin dam örtüyünün vurulması, məktəb binasında qəlibləmə işləri görülür. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Tikinti işlərinin may ayının sonunadək başa çatdırılması nəzərdə tutulur. Təkcə bu fakt deməyə əsas verir ki, Cocuq Mərcanlı kəndində aparılan tukinti-quruculuq işləri Qarabağın cənnətə çevrilməsi üçün atılan ilk addımdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Cocuq Mərcanlının bərpası tarixi hadisədir. Dövlətimizin başçısı indi orada yeni qəsəbənin salındığını, birinci növbədə 50 evin, məktəbin, uşaq bağçasının, məscidin tikildiyini, yeni yol salındığını, əlavə 150 ev və tibb məntəqəsinin tikiləcəyini diqqətə çatdırıb. İlham Əliyev Cocuq Mərcanlıda tikilən məscidin Şuşa məscidinin memarlığını təkrarladığını vurğulayıb. Erməni vəhşiləri tərəfindən dağıdılmış bütün abidələrimizin, məscidlərimizin bərpası gününün də gələcəyini bildirən dövlətimizin başçısı deyib ki, Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının heç vaxt bu işğalla barışmayacağını göstərir: "Bu, bir daha onu göstərir ki, 20 ildən artıq başqa yerdə məskunlaşan Cocuq Mərcanlı kəndinin sakinləri öz doğma kəndinə tezliklə qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, orada bütün evlər dağıdılıb, ora təmas xəttinə yaxındır. Bax, budur torpaq sevgisi, Vətən sevgisi. Ona görə həm dövlət, həm bizim siyasətimiz, eyni zamanda, xalq bu məsələdə vəhdət təşkil edir. Bu vəhdət, bu birlik bizi daha da ruhlandırır və göstərir ki, biz haqq yolundayıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi kimi, Cocuq Mərcanlı kəndinin bərpası həqiqətən də tarixi hadisədir. Onun sözlərinə görə, ölkə başçısının hökumətin ilin I rübünə dair iclasında Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı səsləndirdiyi fikirlər işğalçı Ermənistana ünvanlanıb: "Azərbaycan prezidenti bir daha bəyan etdi ki, ölkəmiz özünün bu addımı ilə hər qarış torpağının onun üçün nə qədər əziz olduğunu göstərdi. Bundan əlavə Dövlət başçısı bildirdi ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad edəcək, bu torpaqlarda yüksək səviyyədə işlər görüləcək. İşğaldan azad olunacaq ərazilərdə yaşayış evləri bərpa olunacaq, infrastrukturlar ən yüksək səviyyədə qurulacaq. Bu, Azərbaycan xalqının və dövlətinin torpağın müqəddəsliyi uğrunda çalışdığını, mübarizə apardığını sübut edir. Ölkə başçısı çıxışında məhz bu mesajları vermiş oldu. Azərbaycan prezidenti həmçinin çıxışında Talış istiqamətində işğaldan azad olunan torpaqlarda da abadlıq, quruculuq işlərinin başlanacağını qeyd etdi. Bu da onu göstərir ki, ərazi bütövlüyümüz təmin olunana qədər işğaldan azad olunan ərazilərimiz ən yüksək səviyyədə yenidən qurulacaq".  Prezident İlham Əliyevin iclasda çıxışında Ermənistanın təxribatları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən E. Məmmədov söyləyib ki, Azərbaycan Prezidentinin də söylədiyi kimi, düşmən tərəfi bütün istiqamətlərdə uğursuzluqlara düçar olduqları üçün danışıqlardan qaçmağa cəhd göstərir: "Ancaq buna nail ola bilməyəcəklər. Azərbaycanın uğurları, inkişafı gücü və ölkəmizin torpaqları uğrunda  apardığı məqsədyönlü iş onları  danışıqlar masasında oturtmağa məcbur edəcək. Düşmən ölkə Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaq".  

Millət vəkili Asim Mollazadə bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tam haqlı olaraq qeyd etdi ki, bu gün təcavüzkarı sülhə məcbur edən heç bir addım atılmır. O bildirib ki, uzun illərdir Ermənistan guya danışıqlarda iştirak etməsinə dair imitasiya ilə məşğul idi: "İndi danışıqları da dayandırıblar. Amma görürsünüz ki, heç bir beynəlxalq təşkilat, ilk növbədə ATƏ-in Minsk qrupu tərəfindən təcavüzkara qarşı heç bir təzyiq müəyyənləşmir. Bu da münaqişənin həllində ən əsas maneədir. Yəni münaqişə ona görə həll olunmur ki, beynəlxlaq hüquq normalarına riayət edilmir. Ona görə də bu prosesdə köklü dəyişiklik etmək lazımdır".

 Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31