Gündəm
Aliment tutulması ilə bağlı tələblər sərtləşdirilir
Aprelin 28-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Komitə sədri, akademik Ziyad Səmədzadə deyib ki, qanun layihəsinə bəzi dəyişikliklər edilib. MM-in İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin təklif və iradlar nəzərə alınıb.
Dini materialların qanunsuz yayımının qarşısı alınıb
Gəncə şəhərində yerləşən dini vəsaitlər satan mağazadan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan dini təyinatlı ədəbiyyat və CD disklər aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Nizami (Gəncə) RPİ və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən Gəncə şəhərinin Cavadxan küçəsində şəhər sakini Kifayət Məhərrəmovaya məxsus mağazaya baxış keçirilib. Oradan xüsusi razılıq (lisenziya) olmadan satışa çıxarılan 58 ədəd dini təyinatlı ədədbiyyat və 16 ədəd CD disk aşkar edilərək götürülüb. K.Məhərrəmova barəsində İnzibati Xətalar Məcəlləsinin 516-cı (dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması) maddəsi ilə protokol tərtib edilib.
Sosial mənzil almaq üçün hansı sənədlər tələb olunacaq?
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata görə, ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib
Amerikalı ekspert: "Aİ-nin Ankaraya qarşı qərarları öz problemlərindən diqqəti yayındırmaq cəhdləridir"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib. Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır: "Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya".
”Çox ciddi şəkildə pul qıtlığı yaranıb”
“Girov məsələsinin qiymətləndirilməsinə ciddi yanaşmaq lazımdır. Bu məsələdə qayda-qanun yaradılmasına ehtiyac var”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, bu məsələdə insanların qayğısına qalınmalıdır: “Biz monitorinqlər aparmalıyıq, həmçinin, bankla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb, bu, çox ciddi ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Bu olmasa, yəni, pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”.
Robert Hoyland "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görüldü
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.
Metroda qorxulu anlar
İstanbulda Marmaray Dəmiryolu stansiyasında sərniçinlər həyacanlı anlar yaşayıblar. “Olaylar” “Huriyyet” -ə istinadfən bildirir ki, stansiyada sərnişinlərə təcili qatarları tərk etməli olduqlarını bildiriblər. Stansiyada fəaliyyət göstərən polislər sərnişinlərin suallarını cavablandırmadıqda isə insanlar terror hadisəsinin ola biləcəyindən qorxublar. Mətbuata açıqlama verən Nəqliyyat, Dənizçilik və Məlumat Nazirliyi səlahiyyətliləri stansiyaların boşaldılması anonsunun baş verən yanğınla əlaqədar olduğunu deyiblər. “Problem qısa zamanda aradan qaldırıldıqdan sonra Marmarayın yenidən sərnişinlərin istifadəsinə veriləcək”, - deyə bildirib.
Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb
AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.
Deputat iqtisadi fəallığı artırmağa çağırdı
“Belə bir sənədin qəbulu vacibdir, ən azından əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması onun qəbulunun vacibliyini ortaya qoyur”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Millət vəkili eyni zamanda deyib ki, bu sənəd qəbul olunacağı halda, onun gələcəkdə işləməsi ölkədə iqtisadi fəallığın artırılması lazımdır: “İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır”.O, bildirib ki, qanun layihəsində həmçinin, bir sıra “ünvansız maddələr” var: “Bu cür ünvansızlığın olması düzgün deyil”.
“Rüfət Aslanlıya çatdırın ki…”
“Ölkədə bank soyğunçuluğuna nəhayət, son qoymaq lazımdır”. Bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, çünki hələ də faizlər çox yüksəkdir: “Axı, 28-30 faizlə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Ona görə hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır.
AŞ PA-da Nəsiminin Suriyadakı məqbərəsi ilə bağlı məsələ qaldırıldı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin yaz sessiyasındakı son iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov təşkilatın başlıca fəaliyyət istiqamətləri arasında insan haqlarının qorunmasının birinci yerdə dayandığını nəzərə alaraq ölkəmiz və xalqımız üçün əhəmiyyət kəsb edən bir problemə toxunub.
Bəzi dərman preparatları qeybə çəkilib
Bəzi dərmanların adı, tərkibi və göstəriciləri eyni olsa da, birinin qiyməti digərindən kəskin şəkildə fərqlənir. Tərkibi və göstəriciləri eyni olduğu halda qiyməti fərqli olan dərmanların sayı kifayət qədər çoxdur. Əslində dövlət qeydiyyatına alınaraq satşıa çıxarılan dərmanların hamısının qiyməti Tarif Şurasının qərarı ilə tənzimlənir və hər biri haqqında məlumat da qurumun saytında yerləşdirilib. Buna baxmayaraq, qiymətlər arasındakı bu qədər fərq dərmanların keyfiyyəti məsələsini gündəmə gətirir. Məsələnin ciddiliyi rəsmi qurumları da hərəkətə gətirib.
İnsanlar ən çox evlərdə siqaretin təsirinə məruz qalırlar
”Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ictimai müzakirəsi zamanı bir sıra narahatverici məqamlar üzə çıxıb. Məlum olub ki, Azərbaycanda siqaretə aludə olan qadın və uşaqların sayının artımı getdikcə müşahidə olunmaqdadır. Bu isə o deməkdir ki, bir sıra ağır xəstəliklərə səbəb olan, az qala dünyada hər dəqiqə ölümlə nəticələnən siqaretdən istifadə ölkəmizdə əməlli-başlı sosial bəlaya çevrlib. Belə bir məqamda hansısa inzibati tədbirlə siqaret çəkilməsinə qarşı mübarizə nə dərəcədə effekt verəcək? Nəzərə almaq lazımdır ki, indiyə qədər tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasına dair qanunvericilik aktlarının kifayət qədər sərtləşdirilməsinə baxmayaraq hələ də elə bir səmərəli nəticə əldə edilməyib. Yenə də küçələrdə, bazar və dükanlarda, təhsil ocaqlarının ətraflarında açıq şəkildə siqaretlər satılır. Azyaşlı uşaqlara siqaret satışı açıq şəkildə, çəkinmədən həyata keçirilir. Üstəlik, son zamanlar paytaxtın kafe və barlarında, mərkəzi küçələrdə qəlyanlar çox rahat şəkildə, özü də cəlbedici reklamlarla təklif olunur.
Avropa niyə Türkiyəni hədəf seçib?
Artıq bir neçə ildir ki, Avropada Türkiyəyə qarşı bir haqsızlıq, düşmən münasibət hökm sürür. Əslində yüz illərə dayanan bu münasibətin arxasında duran başlıca hədəf, məqsəd Türkiyəni bir dövlət kimi yox etməkdir. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi və digər mümkün yollardan istifadə etməklə Türkiyənin regional güc olmasını əngəlləmək kimi məkirli planlar hər zaman olub. Günümüzdə də bu planlar davam etməkdədir. Elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Türkiyə ilə bağlı qəbul edilmiş məlum qərar belə deməyə əsas verir. Birmənalı olaraq Türkiyənin nüfuzuna, siyasio çəkisinə zərbə vurmağı, onun Avropa Birliyinə gedən yoluna səd çəkməyi nəzərdə tutan bu qərar qardaş ölkə ilə yanaşı Azərbaycanda da haqlı etiraza səbəb olub.
AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir
Bu günlərdə Avropa Şurası Parlament Assambleyası Türkiyə ilə bağlı qəbul etmiş olduğu qərəzli qərarla bir daha qoca qitədə yüz illərdən bəri antitürk əhval-ruhiyyəsinin hökm sürdüyünü, imkan düşdükcə Türk dünyasına, xüsusilə Türkiyəyə zərbə vumağa çalışdığı ortaya qoydu. Türkiyəyə qarşı sərgilənən tamamilə böhtan və qərəzli yanaşma təkcə qardaş ölkə deyil, eləcə də Azərbaycanda ciddi etirazla qarşılanır. Birmənalı olaraq o ifadə edilir ki, Türkiyə ona qarşı sərgilənən bu münasibəti haqq etmir və belə bir qərarın qəbulu yolverilməzdir. Elə Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Elşən Mustafayev AŞPA-nın qərəzli münasibətinə qarşı rəsmi Ankaranın ata biləcəyi mümkün addımlardan da söz açıb.












.jpg)