“Rüfət Aslanlıya çatdırın ki…”
“Ölkədə bank soyğunçuluğuna nəhayət, son qoymaq lazımdır”. Bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, çünki hələ də faizlər çox yüksəkdir: “Axı, 28-30 faizlə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Ona görə hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır.
28 Aprel 2017 14:25 Sosial"Ölkədə bank soyğunçuluğuna nəhayət, son qoymaq lazımdır"
"Ölkədə bank soyğunçuluğuna nəhayət, son qoymaq lazımdır". Bunu millət vəkili Əli Məsimli Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 28-də keçirilən iclasında "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, çünki hələ də faizlər çox yüksəkdir: "Axı, 28-30 faizlə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Ona görə hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır. Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır. İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz. Bu məsələyə artıq insaflı yanaşma olmalıdır". Millət vəkili Vahid Əhmədov da çıxışında həmkarının fikirlərini dəstəkləyib. O, deyib ki, elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun. "Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın..."-deyə, V. Əhmədov sözlərinə əlavə edib.