Amerikalı ekspert: "Aİ-nin Ankaraya qarşı qərarları öz problemlərindən diqqəti yayındırmaq cəhdləridir"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib. Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır: "Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya".
28 Aprel 2017 14:32 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı səhv və ədalətsizdir. Bunu ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys deyib. Onun sözlərinə görə, Ankaraya qarşı əsassız qərarların qəbul olunması ilə Avropa İttifaqı (Aİ) öz problemlərindən diqqəti yayındırır: "Avropanın özünün çoxlu problemləri var. Məsələn, Portuqaliyada işsizlik, Albaniyada və Bolqarıstanda demoqrafik böhran və yoxsulluq, Makedoniyada sərhədlərin qorunmaması, eləcə də Aİ-nin rəsmi nümayəndəliklərində korrupsiya".
Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib. Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.