AŞPA-nın Türkiyə ilə bağlı qərarı ədalətsizdir

Bu günlərdə Avropa Şurası Parlament Assambleyası Türkiyə ilə bağlı qəbul etmiş olduğu qərəzli qərarla bir daha qoca qitədə yüz illərdən bəri antitürk əhval-ruhiyyəsinin hökm sürdüyünü, imkan düşdükcə Türk dünyasına, xüsusilə Türkiyəyə zərbə vumağa çalışdığı ortaya qoydu. Türkiyəyə qarşı sərgilənən tamamilə böhtan və qərəzli yanaşma təkcə qardaş ölkə deyil, eləcə də Azərbaycanda ciddi etirazla qarşılanır. Birmənalı olaraq o ifadə edilir ki, Türkiyə ona qarşı sərgilənən bu münasibəti haqq etmir və belə bir qərarın qəbulu yolverilməzdir. Elə Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Elşən Mustafayev AŞPA-nın qərəzli münasibətinə qarşı rəsmi Ankaranın ata biləcəyi mümkün addımlardan da söz açıb.

Elşən Mustafayev: "Türkiyə ASPA da olan dövlətlərin əksəriyyətinə demokratik dəyərlərdən, dövlət quruculuğundan dərs demək səviyyəsində uğurlu təcrübəyə malikdir"

Bu günlərdə Avropa Şurası Parlament Assambleyası Türkiyə ilə bağlı qəbul etmiş olduğu qərəzli qərarla bir daha qoca qitədə yüz illərdən bəri antitürk əhval-ruhiyyəsinin hökm sürdüyünü, imkan düşdükcə Türk dünyasına, xüsusilə Türkiyəyə zərbə vumağa çalışdığı ortaya qoydu. Türkiyəyə qarşı sərgilənən tamamilə böhtan və qərəzli yanaşma təkcə qardaş ölkə deyil, eləcə də Azərbaycanda ciddi etirazla qarşılanır. Birmənalı olaraq o ifadə edilir ki, Türkiyə ona qarşı sərgilənən bu münasibəti haqq etmir və belə bir qərarın qəbulu yolverilməzdir. Elə Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Elşən Mustafayev AŞPA-nın qərəzli münasibətinə qarşı rəsmi Ankaranın ata biləcəyi mümkün addımlardan da söz açıb.

-Elşən bəy, Avropa Şurası Parlament Assambleyasının Türkiyəyə qarşı qəbul etdiyi qərarı necə dəyərləndirirsiniz?

- Avropa Şurası Parlament Assambleyasının Türkiyəni Montorinq Komitəsinin montorinqi altına alınması haqqında qərarını deputatların əsassız hisslərə qapılaraq verdikləri qərar kimi dəyəndirirəm. Əslində aylar öncə nə vaxtsa bu şəkildə qərarın veriləcəyi təssəvürə gəlmirdi Bir qrup deputatın hazırladığı qərar lahiyəsinin lehinə səs verənlərin əksəriyyəti nə baş verdiyini, nəyə səs verdiyini və bunun hansı fəsadlar yaradacağını doğru dürüst anlamayıblar.

-Sizcə, bu AŞPA-nın timsalında Avropanın Türkiyəyə qarşı qərəzi, ədalətsiz davranışı deyilmi?

-Verilən qərar Türkiyəyə qarşı birmənalı ədalətsiz qərardır. Uzun müddət əməkdaşlıq etdikləri , regionun ən böyük və güclü dövətinə qarşı bu planı hazırlayanların isə qərəzli olmadıqlarını demək çətindir. Türkiyə sonradan AŞPA ya qoşulan hansısa zəif , kiçik , demokratik inkişafı zəif olan və ya olmayan dövlət deyil ki, ona qarşı bu şəkildə "tərbiyələndirmə" üsuluna əl atılsın. Türkiyə ASPA da olan dövlətlərin əksəriyyətinə demokratik dəyərlərdən, dövlət quruculuğundan dərs demək səviyyəsində uğurlu təcrübəyə malikdir.

-Bu tendensiya Ankaranın Avropa Birliyinə gedən yolunu da əngəlləyəcəkmi?

-Məsələ də ondadır ki , Türkiyənin Avropa Birliyinə gedən yolu həmişə əngəllənib. Uzun illərdir ki , ayrı- ayrı Avropa dövlətlərin liderləri Türkiyənin bu quruma üzvülüyünə qəbulunun mümkün olmayacağı haqqında bəyanatlar veriblər. Müxtəlif ədalətsiz şərtlər , tələblər irəli sürülərək bu bəyanatlar Rəcəb Tayyib Ərdoğandan öncəki hakimiyyətlər zamanında da olub ,indi də. Amma Türkiyə həmişə deyilənlərə fikir verməyərək AB-yə qoşulmaq istəyini bəyan edib. Ona görə də mən sualı başqa cür qoyuram : Bu şəkildə davam edərsə Türkiyə Avropa Birliyinə qoşulmaq istəyində qalacaqmı?

-Sizcə Avropada formalaşan AntiTürkiyə meyilinin əsl səbəbi nədir?

-Ümumiyyətlə, Avropada Türkiyəyə qarşı normal münasibəti olan dövlətlərlə yanaşı , onun güclü bir dövlət olmasını istəməyənlər də var. Nəzərə alınmalıdır ki , Türkiyə AB-yə üzv olarsa ərazisinə görə birinci , əhalisinin sayına görə isə birliyin ən böyük iki dövətindən biri olacaq . Həmçinin Avropa Parlamentində Almaniyadan sonra ən böyük fraksiyaya malik olacaq. Veriləcək bütün qərarlara ciddi təsir edəcək müsəlman dövlətinin Avropa İttifaqında olmasını istəməyənlər də vardır. Bu qarşıdurmada şəxsi münasibətlərin də rolu az deyil. Ola bilsin ki , Ərdoğan faktoru , onun siyasəti kimlərisə qane etmir . Amma Türkiyə Ərdoğan deyil ki , ona görə böyük bir dövlətə qarşı bu şəkildə qərarlar verilsin. Türkiyə siyasətində fərdlər həmişə keçici olub. Ərdoğan da keçici bir liderdir. Bağlanan müqavilələr əməkdaşlıqlar dövlətlə olur.

-Bu addımdan Avropa, yoxsa Türkiyə zərərlə çıxacaq?

-Belə addımların davamlı olaraq atılacağı təqdirdə təəssüflə bildirmək istəyirəm ki , həm Avropa, həm də Türkiyə bundan böyük zərərlə çıxacaq. Türkiyə öz gələcək inkişafını həmişə Avropa ilə birgə fəaliyyətdə görüb , AB üzvülüyünü əsas məqsədlərindən biri hesab edib. İlərdirdir ki , bu istəyə rəğmən Türkiyənin geri itələnməsi bir gün bu istəkdən imtina ilə nəticələnə bilər. Doğrudur bu addım Türkiyəyə yaxşı heç nə vəd etmir , amma başqa yol qoyulmayanda bu addımı atmağa məcbur ola bilər. Bundan sonra yaşanacaqlar və ola biləcəklərin ehtimalların daha böyük zərəri Avropaya vura bilər. Türkiyənin Rusiya və Çinlə münasibətlərinin yeni mərhələyə keçməsindən başlamış, Yaxın Şərqdəki siyasətinə düzəliş edilməsinə qədər olacaqlar Avropaya da yaxşı heç nə vəd etmir. Bütün bu olacaqların hər iki tərəfə uğurlu heç nə vəd etməyəcəyini nəzərə alaraq Avropa qarşılıqlı razılaşmalarla Türkiyə ilə normal əməkdaşlıqlarını davam elətdirməlidir. Avropa İttifaqına üzvülük bir tərəfə , uzun müddətdir ki, ilişib qalmış vizasız gediş-gəliş sənədini imzalamalıdırlar. Anlaşılmazlıqlar ortya çıxan zaman isə problemlər bu şəkildə qərarlarla yox , danışıqlarda çıxış yolu aranması ilə ortadan qaldırılmalıdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31