Robert Hoyland "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görüldü
"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.
28 Aprel 2017 14:30 Sosial"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.
Akademiyadan "Olaylar" - a bildirilib ki, professor R.Hoyland mükafata Azərbaycanın mədəni və tarixi irsinin beynəlxalq miqyasda elmi əsaslarla öyrənilməsinə və təbliğinə verdiyi böyük dəstəyə görə layiq görülüb. Alim 2012-ci ildən bu istiqamətdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə elmi əməkdaşlıq edir. Professor R.Hoyland Şərqin tarixi və mədəniyyəti ilə bağlı "İslam başqalarının gözü ilə" (1997), "Ərəbistan və ərəblər" (2001), "Edessalı Teofilin salnaməsi" (2011), "Allahın izi ilə: ərəb istilaları və ilk İslam imperiyası" (2014) kimi fundamental elmi tədqiqatların müəllifidir. Alimin əsərləri bü gün də dünyanın aparıcı universitetlərinin şərqsünaslıq bölmələrində İslam tarixi və mədəniyyəti üzrə mühüm əyani tədris vəsaitləri kimi istifadə edilir. Professor R.Hoyland Böyük Britaniyanın Sent Endrüz və ABŞ-ın Nyu York universitetlərində də elmi tədqiqatlarını davam etdirir. davam etdirir.