Gündəm

Azərbaycan sərhədində ABŞ vətəndaşı saxlanıldı

28 Aprel 2017 15:24

Rusiya-Azərbaycan sərhədində, Dağıstanın Axtın rayonun Smuqul kəndində sərhədi qanunsuz keçən ABŞ vətəndaşı saxlanılıb. Bu barədə Dağıstan Sərhəd Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə iki gün əvvəl baş verib. Əcnəbi qadın Rusiyada turist kimi gəlsə də, lakin onun sərhəd zonasına daxil olması buna icazə verən müvafiq sənədlər olmadan baş verib.

Azərbaycanda ərlərini zəhərləyib öldürüb, Türkiyədə isə daha iki nəfəri...

28 Aprel 2017 15:21

Türkiyənin Bolu şəhərinin məhkəməsi Azərbaycanda ərlərini zəhərləyib öldürən və daha sonra bu ölkəyə gedib azı iki nəfəri eyni üsulla o dünyaya göndərən iki azərbaycanlı qadının məsələsini araşdırır.

Bakıda 11 ev yanıb

28 Aprel 2017 15:20

Binəqədi rayonunda 11 ev yanıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 3000 m2 olan, bir-birinə bitişik tikilən on bir vətəndaşa məxsus doqquz evin yanar konstruksiyaları və ev əşyaları 357 m2 sahədə, digər iki vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı evin 1 otağı 20 m2 sahədə və ümumi sahəsi 35 m2olan 2 otaqlı evin mətbəxi 3 m2 sahədə yanıb. Yanğın zamanı bir nəfər yüngül yanıq xəsarəti alıb. Yanğın saat 10:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Axtarışda olan şəxslər saxlanıb

28 Aprel 2017 15:18

Dələduzluq etməkdə şübhəli bilinən şəxslər tutulublar.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsini 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 26-da Tofiq Vəliyevi aldadaraq 210 manat pulunu almaqda şübhəli bilinən Masallı rayon sakini Renat Şahbazov və Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Quliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların daha 6 nəfərə qarşı dələduzluq etmələri də müəyyən edilib.

Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib

28 Aprel 2017 15:16

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində anım tədbiri keçirilib.Xidmətdən “Olaylar”a verilən məlumata görə,Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş, önünə tər çiçək dəstələri düzmüşlər. Mərasimin rəsmi hissəsində çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətindən danışmışlar. Zərifə xanım Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı, ən ali insani keyfiyyətləri özündə birləşdirən ziyalı, fundamental elmi tədqiqatları ilə oftalmologiyanın inkişafına və dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olması qeyd edilmişdir.

“İnsan alverinin qurbanı olma!”

28 Aprel 2017 15:14

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  “İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilib.

"Rabitə işi" üzrə təqsirləndirilən şəxslər dəymiş ziyanı ödəyiblər

28 Aprel 2017 15:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Məmmədovun vəkili çıxış edərək Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin məktubunu elan edib.

Almaniya polisi İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

28 Aprel 2017 15:01

Almaniya polisi Suriyada terrorçu İŞİD qruplaşmasının tərkibində döyüşməkdə şübhəli bilinən 23 yaşlı suriyalı qaçqını saxlayıb.  Polis onu aprelin 27-də ölkənin cənub-qərbində yerləşən Baden-Vyurtemberq torpağının Biberax dairəsində nəzarətə götürüb.

İlham Məmmədov: “Ermənistanın sabotajlığa əl atması çox primitiv üsullardır” 

28 Aprel 2017 14:55

“Ümumiyyətlə Dağlıq Qarabağ ətrafında olan tənzimləmə proseslərinin müəyyən məqamları olur ki, o vaxtı da həmişə Ermənistan sabotajlığa əl atmaq istəyir və şər-böhtan kampaniyasına keçir”. Bunu millət vəkili İlham Məmmədov deyib.

XİN Dağlıq Qarabağda çıxış etmiş musiqiçiləri "qara siyahı"ya salacaq

28 Aprel 2017 14:52

“İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırılacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək”. 

Nazirliyinin əməkdaşları Fəxri xiyabanda

28 Aprel 2017 14:44

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümüdür. Bu münasibətlə bu gün Səhiyyə Naziri Oqtay Şirəliyev başda olmaqla, nazilrliyin kollegiya üzvləri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyi, Elmi-Tədqiqat İnstitutların rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər düzmüşlər.

“Tanpınarı kəşf edirəm” müsabiqəsi qalibləriləri Türkiyədə

28 Aprel 2017 14:43

Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” adlı esse müsabiqəsinin qalibləri Nəriman Əbdülrəhmanlı, Zərəngiz Dəmirçiqayalı, Yeganə Neymətulla, Təranə Vahid, Lamiyə Qurbanlı Türkiyənin İstanbul, Yalova, Əskişəhər, Konya və Bursa şəhərlərinə beş günlük səfər edib.

DİN jurnalist işçi axtarır

28 Aprel 2017 14:41

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Müsabiqədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrini “jurnalist” ixtisası üzrə bitirmiş, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hal-hazırda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprel ayının 17-dən may ayının 17-dəkhttp://www.mia.gov.az/index.php?/az/http://modern.az/az/content/29942/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin  [email protected]  internet ünvanına göndərməlidirlər.

"Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirilib

28 Aprel 2017 14:40

İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə aprelin 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən "Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirilib.

Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı

28 Aprel 2017 14:39

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3591,5 mln. manat, xərcləri 3912,7 mln. manat olmuş, 321,2 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranmışdır. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3473,0 mln. manat proqnoza qarşı 3591,5mln. manat və yaxud 3,4 faiz çox olmuşdur.  Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 103,8 faiz icra edilməklə dövlət büdcəsinə 1420,8 mln. manat vəsait təmin edilmişdir.