Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
14:26 SiyasətPrezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olundu, bu xüsusda ölkəmizin BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın terrorçuluqla mübarizəyə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal səviyyədə aktual mövzuların müzakirəsi üçün yaxşı imkan yaradacağı vurğulandı, bu tədbirin nüfuzunun ilbəil artdığı qeyd edildi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31