Gündəm

“Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdim edildi

28 Aprel 2017 16:13

Aprelin 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı keçirilib.

Beynəlxalq soyqırım konfransının iştirakçıları dünya elmi ictimaiyyətinə müraciət ünvanlayıblar

28 Aprel 2017 16:06

Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

28 Aprel 2017 16:04

Rusiyada çıxan nüfuzlu “Nezavisimaya qazeta”nın 25 aprel tarixli nömrəsində Plexanov adına İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, siyasi elmlər namizədi Aleksandr Perenciyevin Dağlıq Qarabağ probleminin yaranması səbəbləri, bu münaqişənin alovlanmasının baiskarları barədə məqaləsi dərc edilib.

Bunun nəyi razılıqdır?!

28 Aprel 2017 15:57

"Gözlənildiyi kimi Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü də nəticəsiz qaldı".  Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Vilayət Eyvazov Dərbənddə: generalların görüşü

28 Aprel 2017 15:54

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətinin Dərbənd şəhərində Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov, Çeçenistan Respublikasının Daxili İşlər naziri Ruslan Alxanov, Rusiya DİN-in Şimali Qafqaz üzrə Baş İdarəsinin rəisi general-mayor Sergey Baçurin, general-mayor Pyotr Popov və hüquq-mühafizə orqanlarının digər rəhbər şəxslərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, cinayətkarlıqla mübarizə, terrorizm, ekstremizm, eləcə də sərhədyanı ərazilərdə polis və daxili işlər orqanlarının birgə səylərinin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Hansı keyfiyyətlər insanı uğura aparır?

28 Aprel 2017 15:52

Rusiya Prezidenti Vladimir Putin hansı keyfiyyətlərin insanı uğura aparmasından danışıb. Bu gün bir sıra vətəndaşların "Əmək Qəhrəmanı" qızıl ulduzu ilə təltif edilməsi mərasimində iştirak edən V.Putin bildirib: "Zəhmətsevərlik, qarşıya məqsəd qoymaq və vətənə məhəbbət insanı uğura aparır".

“Mersi Baku!”

28 Aprel 2017 15:46

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin qastrol səfəri yekunlaşmaq üzrədir. Nodar Dumbadze adına Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı və Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrında artıq yaradıcı heyət uğurla çıxış edərək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrına üz tutub.

Londonda antiterror əməliyyatı

28 Aprel 2017 15:45

Londonda polis bir evə gözyaşardıcı qazla daxil olub. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Polis evə daxil olduqdan sonra ard – arda silah səslərinin eşidildiyi bildirilir. Hadisə şahidlərinin sözlərinə görə polis evdən bir neçə nəfəri həbs edib. Hadisədən sonra London polisi verdiyi açıqlamasında qeyd edib ki, aparılan əməliyyat bir terror hadisəsinin tehdidi ilə bağlı olub. Kəşfiyyat qüvvələrinin məlumatı ilə terror hadisəsini törədəcək olan şəxslər zərəzsizləşdirilib. Saxlanılanlar arasında 16 yaşında qız və 43 yaşın bir  qadın olduğu verilən məlumatlar sırasındadı.

Nazir Əbülfəs Qarayev aktyoru mükafatlandırdı

28 Aprel 2017 15:43

Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Fəxri fərmanla təltif edib.

Qəbələdə aşkarlanmış mənşəyi bəlli olmayan at əti zərərsizləşdirilib

28 Aprel 2017 15:42

25 aprel 2017-ci il tarixində Daxili İşlər Nazirliyinin Qəbələ  Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən İsmayıllı rayonu Mican kənd sakini Rasulov Qorxmaz Şəfaqət oğlunun idarə etdiyi  "Vaz-2016" markalı 07-BD-765 dövlət nömrə nişanlı minik avtomobilinə Qəbələ rayonu Məmmədağalı kəndindən İsmayıllı-Qəbələ magistral yoluna çıxarkən baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində mənşəyi bəlli olmayan, dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş əti aşkar olunmuşdur.

XİN: Moskva görüşünün nəticələri dövlət başçılarına məruzə ediləcək

28 Aprel 2017 15:35

“28 aprel tarixində Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib”. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev nazirlərin görüşünü şərh edərkən deyib. O bildirib ki, görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib: “Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək”.

Zərərçəkən: “MTN-də 300 min dollarımı alandan sona məni sərbəst buraxdılar”

28 Aprel 2017 15:31

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Vidadi Əzizov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb.

Pedro Aqramunt bəyanat yayıb

28 Aprel 2017 15:29

AŞPA sədri Pedro Aqramunt assambleya tərəfindən onun istefasının tələb olunması və ətrafında baş verən narazılıqlarla bağlı bəyanat yayıb. Pedro Aqramuntun İspaniya parlamentindəki mətbuat katibliyindən  verilən məlumata görə, bəyanatda bu həftəAŞPA tarixində tamamilə qəribə halların baş verdiyi qeyd olunur.

Psixoloq: “Pulunu düzgün idarə edən insan, həyatını da düzgün idarə edir”

28 Aprel 2017 15:27

“İnsanların pul siyasətini düzgün qurub-qurmaması onların həyatına, psixoloji durumuna birbaşa təsir edir”. Bunu  Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

"Bununla Qərb müstəqil, güclü müsəlman dövləti görmək istəmədiyini bildirdi"

28 Aprel 2017 15:26

“AŞPA-nın Türkiyə bağlı ədalətsiz mövqeyində yeni heç nə yoxdur. Çünk Avropa zaman-zaman islam ölkələrinə qarşı ikili standartrlardan yanaşaraq bu kimi addımlar atıb”. Bunu  Milli Məclisin deputatı Elman Məmmədov deyib.