“Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdim edildi

Aprelin 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı keçirilib.

Aprelin 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri" kitabının təqdimatı keçirilib.

Mərkəzdən "Olaylar" - a bildirilib ki, BBMM-in müşaviri, professor Aytən Qəhrəman nəşri yüksək dəyərləndirərək rəhbərlik etdiyi qurumun hər zaman belə layihələrə dəstək olduğunu və bundan sonra da olacağını vurğulayıb. Müşavir bildirib ki, kitabda Azərbaycanda yaşayan müxtəlif xalqların həyatının müxtəlif sahələri, məişəti, münasibətləri, fikri, dünyagörüşü haqqında 1300-ə yaxın atalar sözü və deyimlər toplanıb. Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov qeyd edib ki, sözügedən nəşr ölkəmizdə yaşayan xalqların ədəbi-mədəni irsi haqqında obyektiv təsəvvür yaratmağa kömək edir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı İradə Məlikovanın tərtib etdiyi kitabı aktual hesab etdiyini bildirib. Kitabın tərtibçisi və ön sözün müəllifi İradə Məlikova çıxışında nəşri hazırlarkən hər bir xalqın həyat şəraiti, məişət tərzi, tarixi, etnoqrafiyası, adət-ənənəsi ilə bağlı fikirləri, ifadə üsullarını saxlamağa çalışdığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31