Nazir Əbülfəs Qarayev aktyoru mükafatlandırdı
Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Fəxri fərmanla təltif edib.
28 Aprel 2017 15:43 MədəniyyətMusiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Ələkbər Əliyevin 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, bu münasibətlə Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev Ələkbər Əliyevi təbrik edib, teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktyoru Fəxri fərmanla təltif edib.
Qeyd edək ki, Ələkbər Əliyev ifa etdiyi Rüstəm bəy "O olmasın, bu olsun", Vəli "Arşın mal alan", Kəblə Qubad "Ər və arvad" (Ü. Hacıbəyli), İbiş İbişli "Adamın adamı" (V. Adıgözəlov, Anar), Şükürbəyli "Məsmə xala dayımdır" (R. Mustafayev, C. Məmmədov), Nümayəndə "Bankir adaxlı" (E. Sabitoğlu, T. Vəliyeva), Polis Aslan "Yeddi məhbusə anası" (C. Quliyev, Ə. Əmirli), Knyaz Pantiaşvili "Xanuma" (V. Dolidze, A. Saqarelli) və s. obrazlar orjinallığı və dəqiq ifa tərzi ilə tamaşaçıların rəğbətini qazanıb.
Ələkbər Əliyev 2013-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Prezident mükafatçısıdır.