Slovakiya Rusiya aktivlərinin Ukrayna ordusuna yönəldilməsinə qarşıdır-ÖZƏL
14:40 DünyaSlovakiya dondurulmuş Rusiya aktivlərindən Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi üçün istifadəni qəbuledilməz hesab edir. Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Slovakiya Milli Şurasının vitse-spikeri Tibor Qaspar bildirib.
Onun sözlərinə görə, Slovakiyanın Baş naziri Robert Fiko Rusiya aktivlərinin müsadirə edilərək Ukraynanın hərbi ehtiyaclarına yönəldilməsinə qarşı çıxır. Qaspar qeyd edib ki, bu addım hüquqi mübahisələrə və cavab tədbirlərinə səbəb ola bilər.
Vitse-spiker əlavə edib ki, həmin aktivlərin Ukraynanın müharibədən sonrakı bərpasına yönəldilməsi daha məqsədəuyğun ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31