Şalva Papuaşvili: Avropada baş verən zorakılıqlar Aİ-nin kimlik böhranının nəticəsidir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa şəhərlərində baş verən etirazları və zorakılıq dalğasını Avropa İttifaqının dərin kimlik böhranı ilə əlaqələndirib. O bildirib ki, Brüsselin daxili siyasəti və tətbiq olunan güc əsas problemi həll etmir, əksinə, Avropanı sivilizasiya böhranına sürükləyir. Papuaşvilinin sözlərinə görə, Avropada baş verənlər estetikası və xarakteri baxımından bir müddət əvvəl Gürcüstanda müşahidə olunan etirazlarla eynidir. O qeyd edib ki, Aİ Gürcüstandakı zorakılıqlara göz yumduğu üçün bu cür hadisələr indi öz paytaxtlarında təkrarlanır və Brüssel öz kimliyini yenidən nəzərdən keçirməyincə bu proseslər davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31