Rusiya MN Zaporojye vilayətində yeni bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü bəyan edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin "Şərq" qoşun qruplaşması Zaporojye vilayətinin Obşçeye yaşayış məntəqəsini nəzarət altına alıb. İdarədən bildirilib ki, bölmələr rəqibin müdafiə dərinliyinə doğru irəliləyərək yaşayış məntəqəsini ələ keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31