Gündəm

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

28 Aprel 2017 17:27

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Çempionluq yoluna həsr olunan mərasimdə qonaqlar möhtəşəm xoreoqrafiya nömrələri ilə müşayiət olunan "Gəlin çempionlara baxaq və çempion olaq" adlı parlaq kompozisiyaya baxa bilərlər.

Fransa gimnastı: "Bakıda keçirilən turnirləri səbrsizliklə gözləyirəm"

28 Aprel 2017 17:26

"Mən hər dəfə Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq tədbirləri səbrsizliklə gözləyirəm". Bunu fransalı gimnast Kseniya Mustafayeva deyib. Onun sözlərinə görə, burada tamaşaçılar gimnastları çox gözəl dəstəkləyir.

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub

28 Aprel 2017 17:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən Rusiya vətəndaşı, erməni əsilli Marat Ueldanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Samir Əliyevin sədrliyi ilə qapalı keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Marafonu 2017

28 Aprel 2017 17:18

Aprelin 30- da  Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə “Bakı Marafonu - 2017” təşkil olunacaq. Marafon idmanın inkişafına dəstək olmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilir.

Muğam Mərkəzində Xeyriyyə konserti

28 Aprel 2017 17:17

Beynəlxalq Muğam Mərkəzində xeyriyyə konserti keçirilib.Mərkəzdən “Olaylar” – a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzi Avropa liseyinin şagirdlərini öz səhnəsində cəmləşdirdi. Bu xeyriyyə aksiyasında şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub, rəqs və musiqi nömrələri göstərilib.

"Qalatasaray"da erməni futbolçu?

28 Aprel 2017 17:12

Yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray"ın transfer etmək istədiyi futbolçulardan birinin adı bəlli olub.  İstanbul nəhəngi Ermənistanın "Şirak" klubunda forma geyinən Vahan Bıçakçıyanı rənglərinə bağlamaq istəyir. İddialara görə, "sarı qırmızılar"ın rəhbərliyi uzun müddətdi skautlar tərəfindən izlənilən 18 yaşlı futbolçu ilə danışıqlara rəsmən başlayıb.  Ancaq klub rəsmi saytı vasitəsi ilə yayılan xəbərləri təkzib edib. Bildirilib ki, Bıçakçıyan istənilən məbləğ qarşılığında Türkiyə klublarına satmayacaq: "Şirak" klubu olaraq heç bir Türkiyə klubundan təklif almamışıq. Əgər təklif olsa belə, futbolçumuz və ya klubumuz bu keçidə razılıq verməyəcək".  

İkiqat dünya çempionu Bakıda Dünya Kubokunda maksimum nəticə göstərməyə çalışacaq

28 Aprel 2017 17:11

"Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda maksimum nəticə göstərməyə və finalda hər şeyi düzgün etməyə çalışıram". Bunu rusiyalı gimnast, ikiqat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova deyib.

Mədət Quliyev Milli Qəhrəmanın qardaşına DTX-da iş verdi

28 Aprel 2017 17:09

Milli Qəhrəman Çingiz Qurbanovuna ailəsinə dövlət tərəfindən növbəti qayğı göstərilib.  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Milli Qəhrəmanın qardaşı Beydulla Qurbanova təmsil etdiyi qurumda iş verib. B. Qurbanov Azərbaycan Texniki Universitetində qiyabi təhsil alır. 

Mətbuat Şurasından  Mariya Zaxarovaya cavab

28 Aprel 2017 17:02

Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın azərbaycanlı jurnalistin Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən girovda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualına münasibəti, mövcud xüsusda Azərbaycan jurnalistlərinə ünvanladığı aşağılayıcı fikirlər təəssüf doğurur. Azərbaycan Mətbuat Şurası, ümumən Azərbaycan jurnalistləri M.Zaxarovanın bu mövqeyini qətiyyətlə pisləyir.

AMEA-nın prezidenti: “2016-cı il Akademiya həyatında mühüm elmi nailiyyətlər və uğurlarla yadda qalıb”

28 Aprel 2017 16:57

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib. Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında geniş məlumat verib.

Trampın sirli qırmızı düyməsi: Nüvə silahı hücumu, yoxsa...

28 Aprel 2017 16:53

ABŞ prezidenti Donald Trampın Ağ Evdəki oval otağında yerləşən iş stolunun üstündəki qırmızı düymənin nə işə yaradığı məlum olub. Associated Press-in əməkdaşı Julian Pace Trampın otağından reportaj hazırlayıb

Rövşəni öldürdüyünü deyən oğru haqda ŞOK DETAL

28 Aprel 2017 16:30

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qanuni oğru Rəşad İsmayılov (Rəşad Gəncinski) barədə sensasion məlumat açıqlayıb.  R.İsmayılovun Moskvada öldürülən biznesmen Canbulat Şamiloğlunun qətlinin sifarişçisi olduğunun təsdiqləndiyi bildirilib. İşin sensasion tərəfi budur ki, R.İsmayılov ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) öldürülməsini üstənərək, Canbulatın intiqamı kimi izah etmişdi.

Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq

28 Aprel 2017 16:28

Qazaxıstanın cənub rayonlarında qısa sürən 30 dərəcə istidən sonra hava kəskin soyuyacaq, sulu qar və şaxta proqnozlaşdırılır. 

Böyük Britaniya 2700 il azadlıqdan məhrum edilən məhkumu İspaniyaya verəcək

28 Aprel 2017 16:26

Böyük Britaniya məhkəməsi baskların ETA terror qruplaşmasının üzvü Antonio Troitinonun İspaniyaya ekstradisiyasına razılıq verib.  Daha əvvəl ETA üzvü 22 terror aktında əli olduğundan 2,7 min ildən çox müddətə məhkum edilib.