Almaniya Ukraynanın “Bars” raketlərini almağı planlaşdırır-ÖZƏL

Almaniya yaxın həftələrdə Ukrayna istehsalı olan "Bars" qanadlı raketlərinin ilk partiyasının alınması ilə bağlı müqavilə imzalamağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Bundesver raketlərin texniki sınaqlarını 2027-ci ilin əvvəlində keçirə bilər. Sınaqlar uğurlu olarsa, Almaniya yüzlərlə əlavə raket ala bilər.

"Bars" raketlərinin uçuş məsafəsi 1000 kilometrə qədər, faydalı yükü isə 105 kiloqramdır. Raketlər Almaniyada Ukrayna ilə birgə istehsal müəssisəsində hazırlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31