Qazaxıstanda 30 dərəcə istidən sonra qar yağacaq
Qazaxıstanın cənub rayonlarında qısa sürən 30 dərəcə istidən sonra hava kəskin soyuyacaq, sulu qar və şaxta proqnozlaşdırılır.
28 Aprel 2017 16:28 DünyaQazaxıstanın cənub rayonlarında qısa sürən 30 dərəcə istidən sonra hava kəskin soyuyacaq, sulu qar və şaxta proqnozlaşdırılır. "Kazhidromet"in fırtına xəbərdarlığına əsasən, aprelin 29-da gecə Cənubi Qazaxıstan regionunda sulu qara keçəcək yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır, şimal-qərb küləyi 15-20 m/s qədər güclənəcək. Aprelin 28-30-da ölkədə gecə şaxta olacağı proqnozlaşdırılır. "Report" "İnterfaks"a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31